İoannis Kapodistrias (; ) — Osmanlı Dövlətindən müstəqilliyini qazanan Yunanıstanın ilk dövlət başçısıdır.

Həyatı 11 fevral 1776-cı ildə o zamanlar Venesiya Respublikasının bir hissəsi olan Korfu adasında anadan olub. İtaliyada Padova Universitetində tibb, hüquq və fəlsəfə sahələrində təhsil alıb. 1809-cu ildə Rus çarı I Aleksandrın xidmətinə girib. 1813-cü ildə Rusiyanın nümayəndəsi olaraq İsveçrənin 19 kantondan ibarət tərəfsiz bir Avropa ölkəsi halında qurulmasında rol oynadı. 1815-ci ildə Napoleon müharibələri sonrasında Avropa ölkələri arasında qurulan Vyana konqresində Rusiyanı təmsil etdi. Bu müvəffəqiyyətləri nəticəsində I Aleksandr tərəfindən Rusiyanın xarici işlər nazirliyinə gətirildi.

Yunanıstanın müstəqilliyində rolu İoannis Kapodistrias ilk dəfə 1821-ci ildə Mora yarımadasında Osmanlı Dövlətinə qarşı çıxan üsyanlardan sonra Yunan siyasətinə də qarışdı. 1822-ci ildə Rusiyanın xarici işlər nazirliyindən ayrıldı. 1827-ci ildə Moradaki üsyançıların qurduğu Yunan məclisi Kapodistriası Avropada ən yaxşı tanınan yunan əsilli diplomat olması səbəbi ilə Yunanıstana vali (Yunanca: Kivernitis) olaraq seçdi. Yunanıstan hələ Osmanlılardan müstəqilliyini qazanmaqdan əvvəl 1828-ci ilin yanvar ayında Kapodistrias Mora yarımadasına ayaq basaraq bu vəzifəni boynuna götürdü. Lakin hələ Yunanıstanın müstəqilliyi beynəlxalq səviyyədə tanınmadan bir sui-qəsd nəticəsində həlak oldu.

İstinadlar

Mənbə Stella Ghervas, "Le philhellénisme russe : union d’amour ou d’intérêt?", in Regards sur le philhellénisme, Geneva, Permanent Mission of Greece to the United Nations (Mission permanente de la Grèce auprès de l’ONU), 2008.

Kateqoriya:Yunanıstan siyasətçiləri Kateqoriya:Yunanıstan prezidentləri Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1828–1829) iştirakçıları Kateqoriya:Öldürülmüş prezidentlər Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:Yunan masonlar Kateqoriya:Qraflar Kateqoriya:Rusiya imperiyası siyasətçiləri