— Qoro Miyazaki tərəfindən Ursula K. Le Guinin kitabları əsasında çəkdiyi tammetrajlı anime film. 29 iyul 2006-cı ildə ekranlara çıxan film yazıçının "Yerdəniz" silsiləsindəki "Uzaq sahil" kitabının məzmunü əsasında çəkilib.
"Yerdəniz hekayələri" Hayao Miyazakinin oğlu Qoronun rejissor kimi ilk əsəridir.
Yaranma tarixi 1980-ci illərin əvvəllərində Hayao Miyazaki Ursulla Le Quinə onun əsərlərini ekranizasiya etmək təklifi ilə müraciət etdi, lakin Miyazaki o zamanlar o qədər də məşhur olmadığından Le Quin onun təklifini imtina etdi. Sonradan rəfiqəsi ona Qonşum Totoronu nümayiş etdirdi və Le Quin Miyazakinin Kurosava və Fellini səviyyəsində dahi olduğunu və onun pərəstişkarı olduğunu söylədi. Bir neçə il sonra Le Quin tərcüməçi Masako Şimidzu Miyazakini tanıdığını bildikdə ona "Yerdəniz" onu hələ də maraqlandırırsa, o, bunu müzakirə etməyə razı olduğunu söylədi. Görüşdükdə Miyazaki rejissorluğu buraxdığını və işi bundan öncə heç bir film çəkməmiş oğluna buraxacağını bəyan etdi. Le Quin bunu bildikdə narahat oldu, lakin ona heç bir mərhələnin Hayaonun icazəsiz olmayacağı inandırıldı. Buna baxmayaraq, sonradan məlum oldu, ki Hayao özü layihədə iştirak etmirdi. Yazıçı üçün xüsusi qapalı nümayişdən sonra Qoro Miyazaki filmin onun xoşuna gəldiyini soruşduqda o, "Hə. Bu mənim kitabım deyl, sizin filminizdir. Film yaxşıdır" deyə cavab verdi.
Maraqlı faktlar Anime 63-cü Venesiya Film Festivalında konkursdan kənar proqramda nümayiş olunmuşdu. Film bitdikdən sonra tamaşaçılar 6 dəqiqədən çox əl çaldılar"Культура" radiosu .. Yaponiyada film 70 million dollardan çox gəlir gətirdi. "Nyu-York, mən səni sevirəm" filmində Orlando Blumun qəhrəmanı Devid xarici filmlərə musiqa bəstələyən bəstəkardır və onun növbəti sifarişi məhz "Yerdəniz hekayələri"dir.
İstinadlar
Kateqoriya:Studio Ghibli Kateqoriya:Yaponca filmlər Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Epik fentezi anime və manqaları Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Walt Disney Pictures filmləri Kateqoriya:Anime filmləri Kateqoriya:Fentezi romanları əsasında çəkilən filmlər Kateqoriya:2006-cı ilin filmləri