Qali (, ) və ya Qal () – Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qali bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qali rayonu) şəhər.Bu yaşayış məntəqəsi mübahisəli ərazi olan Abxaziyada yerləşir. Ərazi Gürcüstanın de-yure Abxaziya Muxtar Respublikasında yerləşir, ancaq de-fakto Abxaziya Respublikası tərəfindən idarə olunur.

Tarixi Müasir Qali ərazisi orta əsrlərdə Abxaziyada mövcud olmuş Samurzakan knyazlığının tərkibində idi.. Yerli tarixşünas Konstantin Maçavariani bu ərazi barədə yazmışdır:

1990-cı illərin əvvəllərində Qali şəhəri Gürcüstan-Abxaziya münaqişəsinin mərkəzində idi.

Əhali 1989-cu ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 15,763 nəfər ibarət idi. Bunların 93,3%-i gürcü (meqrellər), 3,2%-i rus, 1,6%-i abxaz idi. 2003-cü ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi yalnız 7,169 nəfərdən ibarət idi. Əhalinin kəskin şəkildə azalmasının səbəbi Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklərdir. 2011-ci ildə keçirlən əhali siyahıyaalmasına əsasən şəhərin əhali 7,605 nəfərdən ibarət idi. Bunların 96,8%-i (7,360 nəfər) meqrel/gürcü, 1,7%-i (126 nəfər) abxaz, 1,0%-i (73 nəfər) rus, 0,1%-i (11 nəfər) erməni və qalan 0,1%-i (10 nəfər) ukraynalı idi.

XIX əsrin ikinci yarısında, Rusiya imperiyası hakimiyyəti dövründə regionun əhalisi meqrel dilində danışan təcrid olunmuş Samurzakan xalqından ibarət idi. 1886-cı ildə verilən məlumatlara əsasən, ərazidə yaşayan təxminən 30 min nəfər Samurzakan sayılmışdır. 1897-ci ildə keçirilən əhali siyahıyaalmasında samurzakanlar abxazdillilər qrupuna daxil edilmişdir. Hal-hazırda, regionun əhalisinin əksəriyyəti özünü ya gürcü, ya da meqrel olaraq görür. Şəhərin əsas ünsiyyət dili meqrel dilidir.

Qeydlər

İstinadlar

Kateqoriya:Gürcüstan şəhərləri Kateqoriya:Abxaziya şəhərləri Kateqoriya:Qali rayonu