Robert Duvall () — ABŞ-li aktyor.
Həyatı Duvall ABŞ-nin Kaliforniya əyalətinin San Diyeqo şəhərində anadan olub. Anası aktrisa olmuşdur. Aktyorluq təhsilini New Yorkda "Neighborhood Playhouse"(Qonşuluq Teatrı) Teatr Məktəbində aldı. Aktyorluq karieri üçün mübarizə edərkən bir ofisdə müdir olaraq işə girdi, amma bu işindən 6 ay sonra ayrıldı. Atası "William Howard Duvall", Amerika donanmasında admiral idi. Ailəsi mühafizəkar bir Metodist idi, özü də möhkəm İncil təqibçisidir. Özü bir qədər Amerikanın ən böyük aktyoru olaraq görülmüşdür. Ayrıca özü Hallivudun aksiyon krali olaraq görülür.2005-ci ildə isə prezident Buş özünə sənət medalı taxmışdır. Liberal və konstitusiyaya sadiq fikirləri vardır. Prezident Buş özünü seçki dövründə Ağ Saraya dəvət belə etmişdir. Prezident Truman və Obamanın uzaqdan qohumudur.
Duvall 15 fevral 2026-cı ildə Virciniya ştatının Pleyns şəhərindəki rançosunda 95 yaşında vəfat edib.
Kino karyerası Ağ pərdədə ilk təcrübəsi, "To Kill a Mockingbird"(1962) filmi oldu, amma onu böyük kütlələrə tanıdan filmi bundan tam on il sonra "Tom Hagen" xarakterini canlandırdığı Baba xarakteri ilə oldu. Bu film ilə ilk dəfə 'ən yaxşı köməkçi kişi oyunçu' kateqoriyasında Oskara namizəd oldu. Oxşar filmin davamı olan Baba 2 filmində də yenə eyni xarakteri canlandırdı. Akademiya Ödüllerine toplam 6 dəfə namizəd olan Duvall, bu mükafata "Tender Mercies"(1984) filmi ilə 'ən yaxşı kişi oyunçu' budağına Oskar alaraq çatdı.
İstinadlar
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Kaliforniya ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları