Yoğun bağırsaqlarda bədxassəli yenitörəmələr — yoğun bağırsaqda və ona bitişik olan — kor bağırsaqda bədxassəli çoxalma.

İngiliscə terminin () düzgün tərcümə olunmaması nəticəsində, bu şişlər qrupu daha çox sadələşdirilmiş şəkildə Kolorektal xərçəng adlandırılır, halbuki, azərbaycan dilində bu bir qədər dar termindir (məsələn, özündə yoğun bağırsaq limfomasını əks etdirmir); ingilis dilində isə bu termin özündə düz bağırsaq xərçəngi anlayışını da əks etdirməkdədir. Hər il dünyada 600 mindən çox, Rusiyada isə təxminən 50 min nəfərdə yoğun bağıraq xərçəngi aşkar edilir. Kolorektal xərçəngin bütün hallarında – hətta gecikmiş mərhələsində, üzə çıxma nisbəti 70%-dən çox deyiПатютко Ю. И., Пылев Л. и др. Современные подходы к лечению метастазов колоректального рака в печени . Gec diaqnoz səbəbli bu xəstəlikdən ölüm nisbəti olduqca yüksəkdir və xəstəliyin geç aşkar edilməsindən sonra 1 il üçün 40 % nisbətindədir.

Kolorektal xərçəngin ən çox metastaz etdiyi orqan isə qaraciyərdir. Çünki bağırsaqlardan vena qan damarları ilə qanın dövriyyəsi, qaraciyərin Qapı venası sistemindən keçməklə baş verir. Bəzi mütəxəssislər hesab edirlər ki, kolorektal xərçəng səbəbindən qaraciyərdə metastazın ola bilməsi ehtimalı 50 %-ə yaxın nisbətdədir (Curtiss, 1995). Viganonun qənaətinə görə, qaraciyərində kolorektal xərçəng metastazı olan pasientlərin spesifik müalicə tətbiq edilmədən beş il yaşaya bilmə ehtimalı 2 %-dən çox deyil; bu xəstələrin müalicəsiz yaşaya bilmə ehtimalı orta hesabla 6,6–10 ay arasında dəyişirVigano L., Ferrero A., Lo Tesoriere R., Capussotti L. Liver surgery for colorectal metastases: results after 10 years of follow-up. Long-term survivors, late recurrences, and prognostic role of morbidity // Ann Surg Oncol, 2008, 15 (9). — P. 2458–2464. Epub 2008 may 8.

Kolorektal xərçəngin metastazı nəticəsində zədələnmiş qaraciyər hissəsinin kəsilib götürülməsindən sonra ölüm nisbəti hazırda 6 %- dən də azdır; daha ixtisaslaşmış klinikalarda isə bu nisbət hətta 3 %-dən də aşağıdırWang X., Hershman D. L., Abrams J. A., Feingold D., Grann V. R., Jacobson J. S., Neugut A. I. Predictors of survival after hepatic resection among patients with colorectal liver metastasis // British Journal of Cancer, 2007, 97 (12). — P. 1606–1612. Epub 2007 Dec 11..

Tədqiqatların nəticəsinə görə – hansı ki "Journal of Clinical Oncology"da ("Kliniki onkologiya jurnalı"nda) dərc olunmuşdur, yoğun bağırsağın xərçəngindən əziyyət çəkən xəstələr arasında ölüm riski, siqaret çəkməyənlərə nisbətən 2 dəfə çoxdur.

Müalicə Kimya terapiyası (FOLFIRI və s.).

İstinadlar

Həmçinin bax

Xarici kecidlər Dr.med. Yaqublu Vüqar. Yoğun bağırsaq xərçəngi: müayinə, profilaktik skrininq və müalicə Всё о колоректальном раке Побочное следствие от потери гена ТР53 при колоректальном раке подсказало новую стратегию его лечения

Kateqoriya:Əlifba sırasına görə xəstəliklər Kateqoriya:Xərçəng xəstəliyi Kateqoriya:Nəcis testi ilə diaqnoz qoyulan şərtlər Kateqoriya:Həzm xəstəlikləri Kateqoriya:Xərçəngin yoluxucu səbəbləri