Zirehdəki xəyalət və ya Yaponiyada tanınan adı ilə Masamune Şironun 1991-ci ildə yaratdığı elmi-fantastik manqa. Adın İngilis dilinə müəllif özü tərcümə edib.
Manqa Production I.G kompaniyası və rejissor Mamoru Oşii tərəfindən iki tam metrajlı film kimi ekranizasiya olunmuşdur: «Ghost in the Shell» (1995) və «Ghost in the Shell 2: Innocence» (2004). Həmçinin, Production I.G anime-serialı da çəkmişdi: «Ghost in the Shell: Stand Alone Complex» (birinci mövsüm 2002-ci ildə, ikinci mövsüm «2nd GIG» postfiksi ilə — 2004-cü ildə, rejissor Kenci Kamiyama). 1 sentyabr 2006 tarixində Production I.G-nın serialı bitirən «Ghost in the Shell: Stand Alone Complex - Solid State Society» adlı tam metrajlı anime-filmi ekranlara çıxıb.
2002-ci ildə manqanın sikvelı çıxdı - .
22 iyun 2013-cü ildə 4 seriyadan ibarət olan «Ghost in the Shell: Arise» serialı çıxdı, hər seriya 50 dəqiqə çəkirdi.
31 mart 2017-ci ilə bədii filmin premyerası planlaşdırılıb, mayor Makoto Kusanaqinin rolunu Skarlet Yohansson, Daysuke Aramakinin rolunu isə Takeşi Kitano ifa edəcəklər.
Personajlar
Doqquzuncu bölmə
thumb|left|400px|Doqquzuncu bölmə. Soldan sağa: Padzu, Toqusa, Boma, Motoko, Aramaki, Sayto, İşikava, Bato.
İctimai təhlükəsizlik nazirliyi adından fəaliyyət göstərən Yaponiya DİN-nin bir bölməsi. Faktiki olaraq isə xoşagəlməz şəxslərin və polisin bacara bilmədiyi işlərin həll dilməsi üçün yaranan taktiki kəşfiyyat təşkilatı. Niihama şəhərindəki göydələnin yuxarı mərtəbəsində yerləşir. Bölmə 8 nəfərdən ibarətdir, tapşırıqların yerinə yetirməsi üçün bunlardan istifadə edirlər: Döyüş helikopteri Konvertoplan Submarina Şəxsi termo-optik kamuflyaj Operator-ginoid 9 ədəd taçikoma Odlu silahın ən son modelləri
Başqaları
Fuçikoma və taçikoma Fuçikoma (フチコマ) (manqada) və taçikoma (タチコマ) animedə süni intellktlə təciz olunan balaca birnəfərlik yeriyan robot tanklar. Silah, termooptik kamuflyaj və süni intellektlə təciz olunublar. Uşaq kimi danışırlar, hiperaktivdilər, çox tez öyrənirlər, buna görə də hərdən doqquzuncu bölmənin taçikomalarla anlaşılmazlığları olur.
Anlayışlar
Tənha sindromu İctimai-psixoloji fenomen, insanların kütləvi şəkildə özünə nümunənin olmadığı halda nümunə götürməyi. Bu sindrom anime-serialın hər iki mövsümünün əsas mövzusudur və postmodernizmin simulyakrum anlayışına aparır.
Kabus Süni intellekti təbiidən fərqləndirən və süni intellekt daşıyıcısının hətta topladığı verilənləri itirdikdən sonra özünü saxlayıb istənilən daşıyıcıya köçürə bilən bir şeydir. Rəsmi olaraqBu "GitS SAC — Special — A Prior Notice"-də açıqlanır «kabus» termini «Zirehdəki xəyalət» kainatında intuisiya, şuur, ruh və şəxsiyyətin birgə anlayışıdır.
İstinadlar
Xarici keçidlər
Avstraliyadaki distribyutorun rəsmi saytı
Kateqoriya:1989-cu ilin manqaları Kateqoriya:1991-ci ilin manqaları Kateqoriya:Masamune Şiro Kateqoriya:Kiborq haqqında komikslər
Kateqoriya:1997-ci ilin videooyunları Kateqoriya:Üçüncü şəxs atıcılar Kateqoriya:Mediafranşizalar Kateqoriya:Uydurmada yaddaşın silinməsi və dəyişdirilməsi Kateqoriya:Postkiberpank