Davud Məcid oğlu Nəsibov () — şair, publisist, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümumittifaq komsomolu mükafatı laureatı (1986).
Həyatı Davud Nəsib 1942-ci il avqustun 25-də Azərbaycanın Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1959–1963).
Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirmişdir. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfindən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur.
1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir.
Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971–1972).Əhmədov Teymur, "Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə)" Ensiklopedik məlumat kitabı, Bakı: Nurlar, 2011. Sonra Bakıya qayıtmış, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olmuş, sonra burada poeziya şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü idi. 1978–1980-ci illərdə Macarıstan Xalq Respublikasında yaradıcılıq ezamiyyətində olmuşdur.Sərvaz Hüseynoğlu, "Davud Nəsibin yadigar kreslosu" //Ədəbiyyat qəzeti.-2012.- 1 sentyabr.- S.6.
ÜİLKGİ — XVU qurultayına nümayəndə seçilmişdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan LKGİ-nin Fəxri fərmanlarına layiq görülmüşdü.Şəlalə Cəlalqızı, "Şeirsiz həyatda quru nəfəsəm…" / Davud Nəsib — 70 //Şərq. −2012.- 3 oktyabr. — S.12.
2003-cü il martın 26-da qəzaya uğrayıb dünyasını vaxtsız dəyişmişdir.Faiq Əliyev, "Həsrəti ömrü boyda olan şair", 525-ci qəzet.- 2014.- 13 mart.- S.7.
Ailəsi Məxfirət Nəsibova (Hüseynova) ilə ailəli idi. Xəyal, Xəyyam adlı iki övladı var.Bəxtiyar Qaraca, Kəmalə Mirzəyeva, "Damcılı bulaq, dağdağan ağacı və Davud Nəsibin yurdu" // 525-ci qəzet.- 2019.- 5 iyun.- S.14–15.
Davud Nəsibin atası Məcid Nəsibov Böyük Vətən müharibəsində həlak olub.Mina Rəşid, "Davud Nəsibi heç vaxt unutmaram…" //Ədəbiyyat qəzeti. −2019. — 24 avqust. — S.13.
Xatirəsi 2022-ci ildə Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının birgə təşkilatçılığı ilə Davud Nəsibin anadan olmasının 80 illiyi ilə əlaqədar Qazax şəhərinin Ədəbiyyat Muzeyində xatirə gecəsi keçirilmişdir.
Əsərləri Gözüm səni axtarır. Bakı: Azərnəşr, 1966, 31 səh. Dağlar danışsaydı. Bakı: Gənclik, 1969, 49 səh. Məhəbbət yolları. Bakı: Gənclik, 1973, 110 səh. Ürək sözsüz danışır. Bakı: Gənclik, 1976, 134 səh. Ümid qatarı. Bakı: Gənclik, 1979, 133 səh. Bizdən sonra yaşayanlar. Bakı: Yazıçı, 1981, 174 səh. Əsrin laylası. Bakı: Gənclik, 1982, 223 səh. Azərbaycan bayatısı (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 208 səh. Dünya bir körpüdür, Bakı: Yazıçı, 1987, 183 səh. Karvan gedir. Bakı: Yazıçı, 1991, 191 səh. Cavanşir (tarixi roman kiril çapı) — Bakı, "Qızıl Şərq", 2000. Cavanşirsiz məmləkət (tarixi roman) — Bakı, "Qızıl Şərq", 2002. Ata laylası — Bakı, "Qızıl Şərq", 2013. Cavanşir (tarixi roman latın çapı) — Bakı, "Zərdabi Nəşr", 2019.
Tərcümələri Mikloş Radnoti. Yaralı ağılar. Bakı: Yazıçı, 1984, 118 səh.
Biblioqrafiyası Bir ömrün salnaməsi //Yeni Azərbaycan.-2001.- 25 iyul.- S. 7. Sığındım //Ədəbiyyat qəzeti.-2012.- 4 avqust.- S.5. Ata //Ədəbiyyat qəzeti.-2014.- 14 fevral.- S.7.
Haqqında yazılanlar Qəzənfər Paşayev. "Dinclik vermir xatirələr". "Yada düşdü" jurnalı, № 1 (42), 2021. Barat Vüsal. "Unudulmaz sağlıq". 525-ci qəzet, 27.01.2022. səh. 15 Telman Kürsoy. "Davud Nəsib xatirələrdə…" davudnasib.az Bəxtiyar Qaraca. Tarixin tarixi yazılmayanda… davudnasib.az
İstinadlar
Xarici keçidlər Ramiz Göyüşov, "Davud Nəsibin Özünü və Sözünü xatırlayanda…" // 525-ci qəzet. — 2014.- 21 fevral.- S.8.
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlər Kateqoriya:XX əsr Azərbaycan şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər