Məzrəli — Azərbaycan Respublikasının Saatlı rayonunun Məzrəli kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi Əhalisinin sayı 1027 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Tanınmış şəxslər Sakit Yaqubov (1953–) — Azərbaycan Dövlət İqtisad Universitetinin elm üzrə prorektoru, iqtisad elmləri doktoru, professor.
Mədəniyyəti Kənddə məscid, kənd xəstəxanası, orta təhsil məktəbi, kitabxana, bələdiyyə binası yerləşir.
Coğrafiyası və iqlimi Kənd Saatlı şəhərindən 9 km qərbdə, Araz və Kür çaylarının arasında, Mil düzündə yerləşir. Saatlı və İmişli rayonlarının sərhəddindədir.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyəti maldarlıq və kənd təsərrüfatıdır.
İstinadlar
Kateqoriya:Saatlı rayonunun kəndləri