Arpaçay su-elektrik stansiyası — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşir. Açılışı 9 sentyabr 2013-cü ildə olub.
Arpaçay su-elektrik stansiyası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "2008–2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində inşa olunmuşdur. Stansiyanın tikintisinə 2011-ci ilin fevral ayında başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Gücü 20,5 meqavat olan su-elektrik stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.2013-cü ildə sənaye və yanacaq-energetika kompleksi üzrə görülmüş işlər barədə Hesabat Azərbaycan Respublikasının Energetika Nazirliyi
İstinadlar
Kateqoriya:Azərbaycan su-elektrik stansiyaları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Kateqoriya:2014-cü ildə Azərbaycanda yarananlar