Salis Məmmədsani oğlu Məmmədov () — "Şəkinin səsi" və "İpəkçi" qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (23.10.1991).

Həyatı Salis Məmmədov 1 iyul 1932-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. 1948-ci ildə Nuxa radio məlumatları redaksiyasında məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 1951-ci ilə - Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək orada işləmişdir.

1952-ci ildən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 1962-ci ildən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1965-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində onun vasitəçiliyi ilə Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması "Nuxa fəhləsi" qəzetində nəşr edilmişdir.

1965-ci ilin aprelində Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatının "İpəkçi" qəzetinə redaktor təyin edilmiş və 2009-cu ilin yanvar ayına qədər - 44 il bu qəzetin redaktoru olmuşdur. 1990-cı ilin dekabrında "İpəkçi"nin ənənəvi təsisçilərindən1990-cı ilin dekabrına qədər "İpəkçi" qəzeti Azərbaycan Kommunist partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı idi. imtina etmiş və bu qəzeti "Şəki İpəkçilərinin Açıq Tribunası" elan edərək, qəzetin başlığı üstündəki V.İ.Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarını yığışdırmışdır. Bu, həmin vaxta qədər Azərbaycanda analoqu olmayan, SSRİ-də isə yalnız nadir təsadüf edilən hadisə idi.

Salis Məmmədov Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" bülleteninin redaksiya heyətinin üzvü idi. O, 1993-cü ildə oğlu Aydın Məmmədovla birlikdə ilk müstəqil region qəzeti olan "Şəkinin səsi"ni təsis etmiş və vəfatına qədər həmin qəzetin baş redaktoru olmuşdur.

Salis Məmmədov 29 yanvar 2009-cu il tarixində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Mükafatları SSRİ-nin "Şərəf nişanı" ordeni, "Leninin yubiley" medalı, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatı, 21 iyul 2005-ci ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli, 924 nömrəli Sərəncamı ilə təltif edilmişdir. 1993 və 1994-cü illərdə redaktoru olduğu "İpəkçi" qəzeti 60 illik yubileyi münasibətilə prezident Heydər Əliyev tərəfindən 2 təbrik məktubu almışdır.

23 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür "S.M.Məmmədova "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 1991-ci il tarixli, 394 nömrəli Fərmanı .

İstinadlar

Xarici keçidlər Fəxri Xiyabanda bizdən də bir nəfər var, yaxud Salis Məmmədovun maraqlı əsli-nəcabəti haqqında məktub Azərbaycan respublikasının mərhum sabiq prezidenti Heydər Əliyevin 1993-cü ildə "İpəkçi" qəzetinə göndərdiyi təbrik məktubunun mətni "İpəkçi" keçmiş SSRİ-də ilk qəzetlərdən biri, Azərbaycan SSR-də isə ilk qəzet idi ki Kommunist partiyasının orqanı olmaqdan imtina etmişdir! "Şəkinin səsi"nin yaranma tarixçəsi 44 il bir qəzeti redaktə etmiş adam - Salis Məmmədov Sovet jurnalistikasındakı əyalət dissidenti 44 ilin redaktoru vəfat edib

Həmçinin bax "İpəkçi" qəzeti

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar jurnalistləri Kateqoriya:Şəkidə doğulanlar Kateqoriya:Şəkidə vəfat edənlər Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları