Arturo Erasmo Vidal Pardo (; ) — İtaliyanın "İnter Milan" klubunda və Çili milli komandasında yarımmüdafiəçi mövqeyində çıxış edən Çili futbolçusu.
Karyerası
İlk illəri 2005-ci ildən başlayaraq "Kolo-Kolo"da peşəkar futbol oynamağa başlamışdır. 56 oyunda 5 qol vura bilmişdir.
Bayer Leverkusen 1 iyul, 2007-ci ildə Almaniyanın "Bayer Leverkusen" klubu ilə 5.2 milyon € qarşılığında müqavilə imzalamışdır.
Vidal, 2007-2008-ci illər mövsümündə 24 oyuna çıxmış və 1 qol vurmuşdur. Həmin qolu isə 23 sentyabr, 2007-ci ildə "Hannover 96" ilə oyunda vurmuşdur.
Vidal, 2008-09 sezonunda 29 oyuna çıxmış və 3 qol vurmuşdur. Qolları "Bohum", "Ayntraxt Frankfurt" və "Verder Bremen" qarşısında vurmuşdur.
O, 2009-10 sezonunda 31 oyuna çıxmış və sadəcə 1 qol vurmuşdur. Vurduğu tək qolu isə "Bayern Münhen" qarşısında vurmuşdur.
2010-11 sezonunda 33 oyuna çıxmış və 10 qol vurmuşdur. UEFA Avropa Liqasındakı ilk qolunu isə 4 noyabr, 2010-cu ildə "Aris" qarşısında vurmuşdur.
Yuventus 21 iyul, 2011-ci ildə Seria A klublarından "Yuventus"a 12.5 milyon € qarşılığında tranfer olunmuşdur.
O, 2011-12 sezonunda 33 oyuna çıxmaqla, 7 qol vurmuşdur. "Yuventus"da ilk oyununu 21 dekabr, 2011-ci ildə "Udineze"yə qarşı keçirmişdir. Bu komandada ilk qolunu isə 11 sentyabr, 2011-ci ildə "Parma"ya vurmuşdur.
Vidal 2012-13 sezonunda 31 oyuna çıxmış və 10 dəfə fərqlənmişdir. UEFA Çempionlar Liqasında ilk oyununu 19 sentyabr, 2012-ci ildə "Çelsi"yə qarşı oynamışdır. Oyun 2-2 bərabər bitmiş və o UEFA Çempionlar Liqasında ilk qolunu da bu oyunda vurmuşdur.
Bayern Münhen Arturo Vidal 28 iyul, 2015-ci ildə yenidən Bundesliqaya qayıtmış və "Bayern Münhen" ilə razılığa gəlmişdir. Arturo Vidal "Bayern"
"Münhen" ilə 2 dafə Almaniya Bundes Liqasının qalibi olub.
Barselona 2018-ci ilin iyun ayında o İspaniya nəhəngi Barselonaya keçmişdir . La liqada ilk qolunu El Klasikoda Madrid Realına qarşı atmışdır . Qeyd edək ki bu matçı Katalonlar 5-1 hesablı qələbə ilə başa vurmuşdular . O Barsa ilə 1 La liqa 1 Kral kuboku və 1 İspaniya Super kuboku qazanıb .
Barselona 3 Avqust 2018 tarixində "Barselona" futbol kulubuna transfer olmuşdur. O Kataloniya təmsilçisində ilk qolunu Kamp nou da Real Madridə atmışdır.
Milli komanda karyerası Çilidə ilk oyununa 13 oktyabr, 2007-ci ildə Argentinaya qarşı çıxmışdır. Milli komandada ilk qolunu isə 6 sentyabr, 2009-cu ildə Venesuela ilə oyunda vurmuşdur. Rusiya da keçirilmiş konfederasiya kubokunun finalına çıxmış amma Almaniya onları 1 qol ilə məğlub etmişdir.
İstinadlar
Kateqoriya:Çili futbolçuları Kateqoriya:Kolo-Kolo FK futbolçuları Kateqoriya:Bayer 04 FK futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Çili milli futbol komandasının oyunçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2011 Kopa Amerika futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2015 Kopa Amerika futbolçuları Kateqoriya:Kopa Amerika Sentenario futbolçuları Kateqoriya:2017 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:2019 Kopa Amerika futbolçuları Kateqoriya:Kopa Amerikanın qalib futbolçuları Kateqoriya:Flamenqo FK futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:Atletiko Paranaense FK futbolçuları Kateqoriya:2021 Kopa Amerika futbolçuları Kateqoriya:FİFA Yüzlük Klubu Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular