() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Öz adınını məxsus olduğu zolaqlı dərisi ilə əlaqədardır. Yetkin fərd tünd rəngə malik olur və ağ xəttlərə üzərindən zolaqlar keçir.

Yeni doğulan suitilərin rəngi ağ olur. Onların bu ağ və qalın dərisi 2 həftə qalır. Yetkin fərdin uzunluğu 150–190 sm, çəkisi 70–90 kq olur. Yeni doğulan körpələrin uzunluğu 70–80 sm təşkil edir.

Yaz və yayın əvvəlində Berinq dənizi və Oxot dənizi sularında yerləşən buzlaqlarda birdə Çukot dənizinin cənubunda yerləşirlər. Əsasən açıq dəniz sahələrində yerləşən bulaqlarda yerləşməyi xoşlasalarda hərəkət edən buzlaqların üzərində sahil xəttinə qədər gəlib çıxırlar. Qış və payız aylarında onların harada yerləşməsi barədə məlumat yoxdur.

Onlar əsasən düz, hamar buzları seçirlər. Sudan buz üzərinə cəld sıçrama xüsusiyyətinə malikdirlər. Bu növ suitilər quruda daha rahat və sürətli hərəkət edirlər. Suda isə onların sürəti zəifləyir.

Balalar mart-aprel aylarında doğulur. Onların rəngi ağ olur. Bu yırtıcılardan qorunma ilə əlaqədardır. Əsasən təklükə zamanı toroslarda gizlənirlər. Buzlar arasında onları ancaq gözlərinin tünd rənglərinə görə müəyyən etmək olar. Çütləşmə dönəmi may-iyun aylarıdır.

Yetkin zolaqlı suitilər əsasən balıqlar və kolusklarla qidalanır. Bəzi hallarda isə xərçəngkimilər də onların qidasını təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya faunası Kateqoriya:Dəniz məməliləri Kateqoriya:Haloarktik fauna