İlulissat və ya keçmiş adı ilə Yakobshavn — Qrenlandiyanın qərbində, Kaasuitsup bələdiyyəsində, Şimal qütb dairəsindən təxminən 350 km uzaqlıqda yerləşən şəhər. 4.893 nəfər əhalisi ildə şəhər Nuuk və Sisimiut şəhərlərindən sonra Qrenlandiyanın ən böyük 3-cü şəhəridir. Şəhər bir çox xizək itinin evidir.

Qrenlandiya dilində "İlulissat" "aysberqlər" deməkdir. Şəhərin yaxınlığında yerləşən və Qrenlandiyanın ən görməli yerlərindən biri olan İlulissat buz fiordu YUNESKO-nun Dünya irsi siyahısındadır. Şəhərin əsas gəlir mənbəyi turizmdir. Burada yerləşən aysberqlər şimal yarımkürəsindəki ən böyük aysberqlərdir. İlulissat şəhərinin yaxınlığında Dikso körfəzi yerləşir.

Tarixi

Şəhər 1741-ci ildə Yokob Severin tərəfindən ticarət postu kimi qurulmuş və onun şərəfinə adlandırılmışdır.Marquardt, Ole. "Change and Continuity in Denmark's Greenland Policy " in The Oldenburg Monarchy: An Underestimated Empire?. Verlag Ludwig (Kiel), 2006.Kjærgaard, Kathrine (2010). "Grønland som del af den bibelske fortælling – en 1700-tals studie " ["Greenland as Part of the Biblical Narrative – a Study of the 18th Century"]. Kirkehistoriske Samlinger, 51-130.

Qrenlandiyada insan tərəfindən tikilmiş ən böyük tikili şəhərdə yerləşən və XVIII əsrdə tikilən Zayon kilsəsidir. Sermemeuit yaxınlığından sonuncu sakin 1851-ci ildə şəhərə köçmüşdür.

İlulissat 2008-ci ilin martından Artika Okean Konfederasiyasının bölgələrindən biridir. Konfederasiyanın üzvləri Danimarka, Kanada, Rusiya, Norveç və ABŞ Artika ərazilərinin üzrindəki mübahisələr ətrafında müzakirələr aparmışdırlar (Hans adaları və Artika 2007). 2008-ci ilin 28 mayında konfederasiya İlulissat bəyannaməsini qəbul etmişdilər.

Coğrafiya

Şəhərin cənub-şərqində yerləşən İlulissat buz fiordu 2004-cü ildən Dünya irsi siyahısındadır.

İdman

Şəhərin ən güclü futbol komandası "Naqdlunquaq-48"dir. Bu futbol klubu bütün oyunlarını Nuuk şəhərində keçirir. 10 dəfə Qrenlandiya çempionu olmuşdur.

Qardaş şəhərlər

Frederisiya, Danimarka Fuqlafyordur, Farer adaları Hafnafyordur, İslandiya

Əhali 2014-cü ilin siyahıalmasına görə İlulissatda 4.893 nəfər yaşayır. İlulissat Kaasuitsap bələdiyyəsində ən böyük şəhərdir.

Qalereya

İstinadlar

Kateqoriya:Qrenlandiya şəhərləri