Korinf ittifaqı (bəzi mənbələrdə ellin ittifaqı, rəsmi — ellinlər (Έλληνες) də adlandırılmışdır) — e.ə. 338/337-ci illərin qışında Makedoniya hökmdarı II Filipp tərəfindən İrana qarşı birgə mübarizə aparmaq məqsədilə yaradılmış yunan şəhər-dövlətlərin ittifaqı. Bu ittifaq müasir tarixçilər tərəfindən Korinf ittifaqı adlandırılmışdır.
Haqqında Korinf ittifaqına daxil olan şəhər-dövlətlər aşağıdakı hüquq və vəzifələrə malik idi: İttifaqa daxil olan dövlət öz müstəqilliyini saxlayırdı. Sinedrion və ya konqress nümayəndələri Korinfə toplanmalı idi. İttifaq bu ittifaqın hər hansı bir üzvünə qarşı törədilən təcavüzkarlıq və ya fitnəkarlıq hərəkətlərinə qarşı birlikdə hərəkət etməli idi. İttifaq bu ittifaqa daxil olan ökələrin böyüklüyünə uyğun müəyyən edilən limit daxilində toplanan silahlı qüvvələrə malik idi. II Filipp ittifaq ordusunun komandanı olmalı idi.
İttifaqın idarəetmə orqanları: Korinf ittifaqının ali idarəetmə orqanı -"Ellinlərin sinedrionu" Korinf ittifaqının ali vəzifəli şəxsi — "Ellinlərin iqemonu"
Xarici keçid Организация греческого союза Проблема соотношения Эллинского союза против персов и I Афинского морского союза [http://www.kulichki.com/~gumilev/HEU/heu1210a.htm История Европы. Том 1. ЕВРОПА В АНТИЧНУЮ ЭПОХУ. Глава 10. Греция и Македония
Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Beynəlxalq təşkilatlar