Ağbulaq () — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur.

Tarixi Kəndin 1830-cu ildən sonra salındığı güman edilir. Ağbulaq Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşmişdir.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

1918-ci ildə Ağbulaq camaatı Andronikin quldur dəstəsinə qarşı mərdliklə döyüşmüş, uzun müddət öz kəndlərini tərk etməmişlər. Lakin kəndin müdafiəçilərinin sursatı qurtardıqdan sonra camaat kənddən çıxmağa məcbur olmuş və Qubadlı, Füzuli, Ağdam rayonlarında məskunlaşmışlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıtmış (40-a yaxın ev) və Ağbulaq kəndini yenidən bərpa etmişlər.

1988-ci ilin noyabr ayının sonlarında ağbulaqlılar Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd-yuvalarını tərk etməli olmuşlar.

Mədəniyyəti Kənddə 1931-ci ildə məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur. Ağbulaqda klub, kitabxana, məktəb, kolxoz idarəsinin binası, tibb məntəqəsi, mağaza və s. sosial obyektlər fəaliyyət göstərirdi.

Toponimikası Kəndin adı Kəpəz dağından axan Ağbulaq adlı çeşmədən götürülmüşdür. Qafqazın 5 verstlik xəritəsində "Ağbulaq qışlağı" formasındaПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.4 qeyd edilmişdir. Toponim Azərbaycan dilində "keyfiyyətli, içməyə yararlı" mənasında işlənən ağ sözü ilə bulaq hidroterminindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kəndin toponimləri Ağbulaq, Xor-xor bulaq, Çömçə bulaq, Daş bulaq, Aləmşah, Zaman təpəsi, Çirişli, Dəf yalı, Şingirlik, Qalanın quzeyi, Çarıq dələn, Vənli güney, Mac, Kəndirbaz, Gəlin qaya, Gamış yatağı, Öküz ziyarəti, Pullu bulaq, Oğlan-qız, Qanbel, Yellicə, Sadıq gölü, Seyidlər düşən və s.* Musa Urud. Zəngəzur. Bakı: Nurlar, 2005.

Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 15 km qərbdə, Bazarçayın sağ qolu olan Kəşin çayının sol sahilində, Kəpəz dağının ətəyində, meşə içərisində yerləşir.

Əhalisi Kənd əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olmuşdur. Kənddə 1926-cı ildə 66 nəfər, 1931-ci ildə 88 nəfərԽորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.28-29, 112-113 , 1939-cu ildə 146 nəfər, 1959-cu ildə 187 nəfər, 1970-ci ildə 335 nəfərHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti. I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986, s.166 azərbaycanlı yaşamışdır.

1941-1945-ci illərdə Ağbulaq kəndindən 35 nəfər Böyük Vətən müharibəsində iştirak etmiş, onlardan 14 nəfəri həlak olmuşdur.

1948-1952-ci illərdə Ağbulaq kəndindən 51 ev Azərbaycana (Yevlax və Bərdə rayonlarına) köçürülmüşdür.

1988-ci ildə Ağbulaq kəndində 70 ev, 240 nəfər əhali var idi. 1988-ci ilin noyabr ayının sonlarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri — azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş, həmin hadisələr zamanı kənd sakini Əsgərov Bərxudar Əmrah oğlu vəhşicəsinə qətlə yetirilmişdir. Sonralar kənddə ermənilər məskunlaşmışlar. Ağbulaq camaatı isə Bakı, Sumqayıt, Mingəçevir şəhərlərində, Füzuli, Cəbrayıl, Beyləqan və Qubadlı rayonlarında yaşayır.

2011-ci ilin məlumatlarına görə kənddə yaşayış yoxdur.

Qarabağ uğrunda gedən döyüşlərdə Ağbulaq kəndində anadan olmuş Seymur Quliyev qəhrəmancasına həlak olmuşdur.

İstinadlar

Mənbə Musa Urud. Zəngəzur. Bakı: Nurlar, 2005.

Həmçinin bax

Kateqoriya:Zəngəzur kəndləri