Bir El Qutt yazıları () — Yerusəlimdən 6 km cənub-şərqdə, Betlehəmdən 2 km şimalda yerləşən Bir El Qutt ərazisindəki Gürcü monastırındaKhurtsilava, p. 57 1952-ci ildəKhurtsilava, p. 56 aparılan arxeoloji qazıntılar zamanı arxeoloq Virgilio Kanio Korbo tərəfindən aşkarlanmış gürcü yazılarının Asomtavruli xətti ilə gürcü dilində yazılmış kitabələrdir. Gürcü kitabələri mozaik döşəmədə aşkarlanmışdır.Gideon Avni, The Byzantine-Islamic Transition in Palestine: An Archaeological Approach, p. 149, Oxford University Press, 2014Dairat Al-Athar al-Ammah, Annual of the Department of Antiquities, p. 78Michael Avi-Yonah, Ephraim Stern, Encyclopedia of Archaeological Excavations in the Holy Land, V. 3, pp. 879-882 Kitabələrdən ikisi 430-cu, biri isə 532-ci ilə aiddir.Hewitt, p. 4Khurtsilava, p. 58
Kitabələrin aşkarlandığı monastırın əsası gürcü şahzadəsi və filosofu Pyotr İber tərəfindən qoyulmuşdur. Kitabələrdən birində onun və atasının adı çəkilir.Louis Leloir, Corpus Scriptorum Christianorum Orientalium, p. 71, Secrétariat du Corpus SCO, 1976Glen Warren Bowersock, Peter Brown, Oleg Grabar, Late Antiquity: A Guide to the Postclassical World, p. 466 Digər kitabədə isə Pyotrun babası olduğu güman edilən Bakur İberin adı çəkilir.Khurtsilava, p. 59
2015-ci ildən ilk iki kitabə gürcü dilinin ən qədim yazılı nüsxələri kimi qəbul edilir. Birinci və üçüncü kitabə hazırda Yerusəlimdəki Studium Biblicum Franciscanum muzeyində saxlanılır.Monachesimo Studium Biblicum Franciscanum İber Bakurun adının çəkildiyi ikinci kitabə isə itirilmiş hesab olunur.Khurtsilava, p. 61 Yazılar I kitabə
Tərcüməsi: "İsa Məsih, Bakur, Griormizd və onun varislərini hifz etsin." Tarixi: 430-cu il
II kitabə
Tərcüməsi: "Müqəddəs Teodor, Maruan və Burzeni hifz etsin, Amen." Tarixi: 430-cu il
III kitabə thumb|III kitabə
Tərcüməsi: "İsa Məsih və Müqəddəs Teodorun köməyi ilə, Tanrı, Abba Antoni və bu mozaikanı yaradan İosianı, onun valideynlərini hifz etsin, Amen." Tarixi: 532-ci il
İstinadlar
Ədəbiyyat
Hewitt, B.G. (1995). Georgian: A Structural Reference Grammar. John Benjamins Publishing. ISBN 978-90-272-3802-3. Khurtsilava, Besik (2014). https://drive.google.com/file/d/1jvWE4dBhMpY68SpuImW16-qVWdF8llKq/view?usp=drivesdk Wachtang Djobadze, Materials for the study of Georgian monasteries in the Western environs of Antioch on the Orontes, Volume 48; Volume 372, Corpussco, 1976 Gürcüstan Sovet Ensiklopediyası, Volume. 7, pp. 651–652, Tbilisi, 1984 Giorgi Tsereteli, The oldest Georgian inscriptions from Palestine, Tbilisi, 1960 Le Destin de la Géorgie, Revue de Karthvélologie, 1961, p. 115 Chachanidze, V., Peter the Iberian and the archaeological excavations of Georgian monastery in Jerusalem, Tbilisi, 1974
Kateqoriya:Gürcü yazıları Kateqoriya:Gürcü dili Kateqoriya:Arxeoloji artefaktlar Kateqoriya:İsraildəki arxeoloji abidələr Kateqoriya:VI əsrdə Bizans imperiyası Kateqoriya:V əsrdə Bizans imperiyası Kateqoriya:V əsrdə yarananlar