Qoytur, Qoytul — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 3 km şərqdə, Arpaçayın sağ qolu Qoytul çayının yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.58, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.138 qeyd edilmişdir. Erməni mənbəyində kəndin adı Qoytul, Kotur formalarında da göstərilirQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92.
Toponim qədim türk dilində "dərənin dibi" mənasında işlənən koy (>qoy) sözü ilə "möhkəmləndirilmiş yaşayış yeri, qala"Древнетюркский словарь, Л., "Наука", 1969. s.587, "çəpərlənmiş təpə"Радлов В.В. Опыт словарья тюркских наречий, т. III, ч.1, СПб, 1905. s.1466 mənasında işlənən tur sözünün birləşməsindən əmələ gəlmişdir. Tur//tura sözü durr formasında tarixi və coğrafi ədəbiyyatda "dərə", "aşırım", "dağ keçidi" mənalarındaМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.194 işlənmişdir.
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Getap qoyulmuşdur.
Əhalisi Ermənilər kəndə 1828–30-cu illərdə İrandan köçürülmüşdürШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.615–618.
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 36 nəfər, 1926-cı ildə 8 nəfər azərbaycanlı yaşamışdır Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93.
1928–30-cu illərdə azərbaycanlılar kənddən qovulmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri