Yengicə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.Дорн Б. Каспий. Спб., 1975. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1964-cü il fərmanı ilə adı dəyişdirilib Qandzak qoyulmuşdur.
Tarixi Rayondakı Qnişik kəndindən 3–4 km şimal-şərqdə, Daşxaç dağının yaxınlığında yerləşirdi. Kənd XIII əsrdən xatırlanır və kəndin VIII–IX əsrdə mövcud olduğu göstərilirYeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, "Haypetrat", 1955. s.34. "İrəvan əyalətinin icmal dəftəri"ndə Yenicə kimiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.59), Qafqazın 5 verstlik xəritəsində Yengicə formasındaПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.92 qeyd edilmişdir.
Toponimi 1946-cı ildə kənd Qanzak adlandırılmışdır. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. İlk dəfə 1728-ci ildə adı çəkilirQeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.. Keçmişdə Yengicə (türk dillərində yengitəzə, yeni) və Yenicə dedikdə oturaq kənddən bir qrup ailənin (yaxud bir nəsilin) həmin kəndə məxsus icma torpağında yaratdığı məntəqə nəzərdə tutulurdu.Yengicə (və Yenicə) adlandırılan belə məntəqə ana kəndin tərkib hissəsi olaraq qalırdı və vergini də birlikdə verirdi. Relyef əsasında yaranan toponimdir.
Əhalisi Burada 1897-ci ildə 422 nəfər yalnız azərbaycanlı yaşamışdır Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93. Ermənilər buraya 1829–30-cu illərdə İranın Xoy və Salmas, Türkiyənin Van və Alaşkert vilayətlərindən köçürülmüşdürHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.785. Sakinləri (ermənilər) 1969–70-ci illərdə rayondakı Çivə və Aynazor (Axavnadzor) kəndlərinə köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri