Noradüz — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 6 km məsafədə, Kəvər çayının yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.55 qeyd edilmişdir. Yerli əhali - azərbaycanlılar Nərədüz formasında tələffüz edirdilər.

Toponim türk dillərində «sıldırım qayalıq, dərin dərə, uçurum» mənasında işlənən nori sözü ilə Abbasova M.Ə., Bəndəliyev N.S., Məmmədov X.H. Böyük Qafqazın cənub-şərq hissəsinin toponimiyası, Bakı, «Elm», 1993. s.79 düz sözünün birləşməsindən əmələ gələn orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Noradüz kəndində, tarixən Azərbaycanlı əhalinin Abıllu dediyi yerdə 1305-ci ildə vəfat etmiş, "şəhid" əmir Sədəddin ibn Seyfəddinə məxsus sandukə tipli, üzərində müxtəlif motifləri olan qəbr daşı vardır. Bu Ermənistan ərazisində ən qədim müsəlman yazılı abidələrindən biridir.

Əhalisi Kəndə ermənilər 1828-ci ildən sonra Türkiyədən köçürülmüşdürШопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595-598.

İstinadlar

Həmçinin bax Nərədüz nekropolu

Kateqoriya:Göyçə kəndləri