Azərbaycan 2000 Yay Olimpiya Oyunlarında — 2000-ci ilin 16–30 sentyabr tarixlərində Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Sidney Olimpiadasında 31 idmançı ilə 8 idman növündə təmsil olundu.

Azərbaycan Milli Olimpiya Komandası Sidney Olimpiadasını 3 medalla (2 qızıl və 1 bürünc) başa vurdu. Komandanın heyətində stend atıcılığı turnirində çıxış edən Zemfira Meftahətdinova və sərbəst güləş turnirində çıxış edən Namiq Abdullayev Sidney Olimpiadasının qalibi oldu. Boks turnirində çıxış edən Vüqar Ələkbərov isə Sidney Olimpiadasını bürünc medalla başa vurdu.

Sidney Olimpiadasında 2 qızıl və 1 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 34-cü pillədə, medalların sayına görə isə 50-ci pillədə qərarlaşdı.

Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 2000-ci il tarixli Sərəncamına əsasən Sidney Olimpiadasında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 225 milyon ₼ (onun məşqçisinə 115 milyon ₼), gümüş medal qazanan idmançıya 135 milyon ₼ (onun məşqçisinə 65 milyon ₼), bürünc medal qazanan idmançıya 70 milyon ₼ (onun məşqçisinə isə 35 milyon ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 5 nəfər "Şöhrət" ordeni, 2 nəfər isə "Tərəqqi" medalı ilə təltif edildi.

Medalçıların siyahısı Azərbaycan Milli Olimpiya Komandası XXVII Yay Olimpiya Oyunlarını üç medalla (2 qızıl və 1 bürünc) başa vurdu. Komandanın heyətində sərbəst güləşçi Namiq Abdullayev və stend atıcısı Zemfira Meftahətdinova olimpiadanın qalibi oldu, boksçu Vüqar Ələkbərov isə olimpiadanın bürünc medalına sahib oldu.

MedalMedalçıİdman növüYarışTarix25x25pxZemfira MeftahətdinovaAtıcılıqQadınlar, stend21 sentyabr25x25pxNamiq AbdullayevGüləşKişilər, sərbəst, 54 kq30 sentyabr25x25pxVüqar ƏləkbərovBoksKişilər, 75 kq30 sentyabr

Komandanın heyəti Azərbaycan Sidney Olimpiadasında 8 idman növü üzrə 31 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Olimpiya Oyunlarında idmançı sayının artım tempinin başlanğıcı idi — Azərbaycanı 1996-cı il Atlanta Olimpiadasında 23 idmançı təmsil eləmişdi. Komandanın heyətində 31 idmançıdan 6-sı qadın idi. Bundan əvvəl Azərbaycanı 1996-cı il olimpiadasında üç qadın idmançı təmsil edirdi.

Azərbaycan 1996-cı ildə Olimpiya Oyunlarında suya tullanma turnirində təmsil olunsa da, bu səfər heç bir idmançı bu idman növü üzrə vəsiqə qazana bilmədi.

Azərbaycan Milli Olimpiya Komandasının heyətində 31 idmançıdan 23 nəfəri olimpiadalarının debütantı idi. Olimpiada təcrübəsi olan 8 idmançıdan bir nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu — son olimpiadanın gümüş medalçısı Namiq Abdullayev (sərbəst güləş).

Komandanın ən yaşı üzvü 42 yaşlı güllə atıcısı İradə Aşumova, ən gənc üzvü isə 18 yaşlı cüdoçu Elçin İsmayılov idi.

Azərbaycan Milli Olimpiya Komandasının heyəti

Nəticələri Ağır atletika

DNF — bitirmədi

Sidney Olimpiadasında ağır atletlərin idman növü üzrə turnirlər 16-26 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə dörd atlet təmsil etdi.

Sentyabrın 17-də 62 Kq. turnirində çıxış edən Elxan Süleymanov mübarizə apardı. Birdən qaldırma mərhələsində Elxan Süleymanov birinci cəhdində 130.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində 135.0 kiloqramlıq ştanq sifariş verən Elxan Süleymanov bu səfər ştanqın öhdəsindən gələ bilmədi. Üçüncü cəhdi də uğursuz olan Elxan Süleymanov birdən qaldırma mərhələsini 130.0-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma mərhələsində isə Elxan Süleymanov birinci cəhdində 162.5 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi. Növbəti cəhdində də ştanqın öhdəsindən gələ bilməsə də, üçüncü cəhdində Elxan Süleymanov ştanqı qaldıra bildi və mərhələni 162.5-lıq nəticə ilə başa vurdu. Ümumi nəticədə isə Elxan Süleymanov 292.5-lıq (130.0+162.5) nəticə göstərdi və olimpiadanı 20 idmançı sırasında 8-ci pillədə başa vurdu.

Sentyabrın 18-də isə qadınların 52 Kq. turnirində çıxış edən Təranə Abbasova mübarizə apardı. Birdən qaldırma mərhələsində Təranə Abbasova birinci cəhdində 70.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində Təranə Abbasova 75.0 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi. Təranə Abbasova sonuncu cəhdində 75.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bildi və birdən qaldırma mərhələsini 75.0-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma mərhələsində isə Təranə Abbasova əvvəl 85.0 kiloqramlıq, sonra isə 90.0 kiloqramlıq ştanqların öhdəsindən gəldi. Üçüncü cəhdindən 92.5 kiloqramlıq ştanq sifariş versə də, Təranə Abbasova onun öhdəsindən gələ bilmədi mərhələni 90.0-lıq nəticə ilə başa vurdu. Ümumi nəticələrə əsasən Təranə Abbasova 165.0-lıq (75.0+90.0) nəticə ilə olimpiadanı on atlet sırasında sonuncu, onuncu pillədə başa vurdu.

Kişilərin 69 Kq. turnirində çıxış edən Turan Mirzəyev sentyabrın 20-də mübarizə apardı. Birdən qaldırma mərhələsində Turan Mirzəyev əvvəl 140.0 kiloqramlıq, sonra isə 145.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində 147.5 kiloqramlıq ştanq sifariş verən Turan Mirzəyev onun da öhdəsindən gəldi və nəticədə birdən qaldırma mərhələsini 147.5-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma mərhələsində isə Turan Mirzəyev birinci cəhdində 175 kiloqramlıq, növbəti cəhdində isə 180 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində 182.5 kiloqramlıq ştanq sifariş verən Turan Mirzəyev onun öhdəsindən gələ bilmədi və mərhələni 180-lıq nəticə ilə başa vurdu. Ümumi nəticədə isə Turan Mirzəyev 327.5-lıq (147.+180.0) nəticə göstərdi və olimpiada da doqquzuncu pillənin sahibi oldu.

Sentyabrın 23-də isə son olaraq 85 Kq. turnirində çıxış edən Nizami Paşayev mübarizə apardı. Birdən qaldırma mərhələsində Nizami Paşayev birinci cəhdində 155.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində 166.0 kiloqramlıq ştanq sifariş verən Nizami Paşayev bu səfər ştanqın öhdəsindən gələ bilmədi. Üçüncü cəhdi də uğursuz olan Nizami Paşayev birdən qaldırma mərhələsini 150.0-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma mərhələsində isə Nizami Paşayev birinci cəhdində 197.5 kiloqramlıq ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 203.5 kiloqramlıq ştanqın öhdəsindən gələ bilməsə də, üçüncü cəhdində Nizami Paşayev ştanqı qaldıra bildi və mərhələni 203.5-lıq nəticə ilə başa vurdu. Ümumi nəticədə isə Nizami Paşayev 357.5-lıq (155.0+202.5) nəticə göstərdi və olimpiadanı 20 idmançı sırasında 12-ci pillədə başa vurdu.

Bununla da ağır atletlərdən ibarət Azərbaycan yığması Sidney Olimpiadasını medalsız başa vurdu. Dörd il əvvəl olimpiadada 2 idmançı ilə təmsil olunan Azərbaycan yığması bu səfər biri qadın olmaqla dörd idmançı ilə təmsil olundu turnirdə.

İdmançıYarışBirdən qaldırmaTəjanla qaldırmaÜmumiYerNəticəNəticəKişilərElxan Süleymanov -62 kq130.0135.0135.0130.0162.5162.5162.5162.5292.58Turan Mirzəyev -69 kq140.0145.0147.5147.5175.0180.0182.5180.0327.59Nizami Paşayev -85 kq155.0166.0166.0155.0197.5202.5202.5202.5356.512QadınlarTəranə Abbasova -52 kq70.075.075.075.085.090.092.590.0165.010

Atıcılıq

Q — növbəti mərhələyə adladı

thumb|299x299px|alt=|Zemfira Meftahətdinova Sidney Olimpiadasında Sidney Olimpiadasında atıcılıq idman növü üzrə turnirlər 16-24 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə İradə Aşumova və Zemfira Meftahətdinova təmsil etdi. İradə Aşumova Dünya və Avropa Çempionatlarının qalibi idi. Zemfira Meftahətdinova isə bir dəfə Dünya, dörd dəfə Avropa Çempionatlarının qalibi olan titullu idmançı idi və Azərbaycan yığmasının əsas "medal ümidi" idi.

Sentyabrın 17-də 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində çıxış edən İradə Aşumova mübarizə apardı. Təsnifat mərhələsində İradə Aşumova birinci cəhdində 100 baldan 95-ini, növbəti cəhdində isə 100 baldan 90-nını topladı. Üçüncü cəhdində isə uğursuz nəticə göstərən İradə Aşumova 100 baldan 46-sını topladı. Üç cəhddən sonra 228 balla sonuncu pillədə qərarlaşan İradə Aşumova final mərhələsinə vəsiqə qazanma şanslarını itirdiyinə görə dördüncü cəhddən imtina etdi. Bununla da İradə Aşumova mərhələni 45 idmançı sırasında sonuncu, 45-ci pillədə başa vurdu.

Sentyabrın 21-də stend atıcılığı turnirində çıxış edən Zemfira Meftahətdinova mübarizə apardı. Stend atcılığı turnirləri birinci dəfə Olimpiya Oyunlarının proqramına salınmışdı. Dünya və Avropa Çempionatlarının qalibi olan Zemfira Meftahətdinova mövsüm ərzində beynəlxalq turnirlərdə ciddi uğura imza atmadığına görə turnirin favotirlərindən biri hesab olunmurdu. Ümumi olaraq turnirdə 12 idmançı mübarizə apardı. Zemfira Meftahətdinova əvvəlcə təsnifat mərhələsində mübarizə apardı. Təsnifat mərhələsində Zemfira Meftahətdinova 74 balla həm birinci pillənin sahibi oldu, həm də olimpiya recordunu müəyyənləşdirdi. Nəticələrə əsasən altı idmançı final mərhələsinə vəsiqə qazandı. Gərgin idman mübarizəsi şəraitində baş tutan final mərhələsində Zemfira Meftahətdinova və onun əsas rəqibi, bir zamanlar SSRİ yığması ilə birgə Avropa Çempionatlarında zəfərlər qazanan Rusiya nümayəndəsi Svetlana Demina da 25 bal topladı. Belə olan halda təsnifat mərhələsində toplanan ballarda ümumi nəticəyə əlavə edildi. Bununla da Rusiya nümayəndəsi Svetlana Demina 95 balla gümüş medallara sahib oldu. Zemfira Meftahətdinova isə 99 balla XXVII Yay Olimpiya Oyunlarının qalibi oldu. Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.

Sentyabrın 22-də isə İradə Aşumova 25 metr məsafəyə tapançadan atəşaçma turnirində mübarizə apardı. Birinci cəhdində 300 baldan 285-ini toplamağı baracan İradə Aşumova növbəti cəhdində də 285 bal topladı və təsnifat mərhələsini 570 balla 42 idmançı sırasında 31-ci pillədə başa vurdu. Nəticədə İradə Aşumova final mərhələsinə vəsiqə qazana bilmədi və olimpiadada mübarizəsini başa vurdu.

Olimpiada da 2 idmançı ilə təmsil olunan və bir qızıl medala sahib olan Azərbaycan yığması medal sıralanmasında 24 dövlət sırasında 10-cu pillədə qərarlaşdı. Dörd il əvvəl 2 idmançı ilə təmsil olunan və turniri medalsız başa vuran Azərbaycan atıcıları bu səfər bir qızıl medala sahib oldu.

İdmançıYarışTəsnifat mərhələsiFinalYerNəticəYerİradə Aşumova10 m., hava tapançasıDNFN/A25 m., tapança56831N/AZemfira MeftahətdinovaStend741 Q2525x25px

Boks

Qəl. — qalib gəldi Məğ. — məğlub oldu

Sidney Olimpiadasında bu idman növü üzrə turnirlər 16-30 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə beş idmançı təmsil etdi. Onların sırasında ən titullu idmançı 1999-cu ildə Dünya Çempionatının və mayda Avropa Çempionatının bürünc medalına sahib olan Əli İsmayılov idi.

-60 Kq. turnirində çıxış edən Mahaç Nurəddinovun olimpiadanın təsnifat mərhələsində rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Rusiya nümayəndəsi Alexander Maletin oldu. Sentyabrın 17-də baş tutan görüşdə Mahaç Nurəddinov rəqibinə 5:14 hesabı ilə məğlub olaraq Sidney Olimpiadasında mübarizəsini başa vurdu.

-67 Kq. turnirində isə Azərbaycanı Ruslan Xeyirov təmsil etdi. Təsnifat mərhələsindən azad olan Ruslan Xeyirov olimpiadanın 1/8 final mərhələsindı Tunis nümayəndəsi Kamel Çater ilə üz-üzə gəldi. Sentyabrın 21-də baş tutan görüşdə Ruslan Xeyirov rəqibi üzərində 14:8 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Medala gedən yolda onun rəqibi Dünya və Çempionatlarının qalibi, 1996-cı il Atlanta Olimpiadasının çempionu Rusiya nümayəndəsi Oleq Saitov oldu. Sentyabrın 26-da gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 10:10 hesabı ilə başa çatsa da, əlavə göstəricilərə və fəallığa görə Oleq Saitov qalib elan edildi. Ruslan Xeyirov isə Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.