Gölkənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 8 km məsafədə, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.57, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.59 qeyd edilmişdir. Sonradan Gölkənd oykonimindəki kənd coğrafi nomeni ixtisar edilərək, erməni mənbələrində Göl formasında qeyd edilmişdirQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.66Ermənistan SSR. İnzibatiərazi bölgüsü, İrəvan, "Ayastan", 1976. s.113.

Toponimi Toponim Azərbaycan dilində "dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi" mənasında işlənən göl sözü iləAzərbaycan dilinin izahlı lüğəti, III c., Bakı, "Elm", 1983. s.194 kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Liçk (Göl) qoyulmuşdur.

Əhalisi Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışdır. Burada ermənilərlə yanaşı 1897-ci ildə 23 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.66–67. 1905–1906-cı illərdə baş verən erməni azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Göyçə kəndləri