thumbnail|Bankın loqosu Asiya İnfrastruktur İnvestisiya Bankı () — Çin hökumətinin təşəbbüsü ilə yaradılmış beynəlxalq maliyyə institutu. Mənzil-qərargahı Çin Xalq Respublikasının Pekin şəhərində yerləşir.

Tarixi Bankın yaradılması ilə bağlı ilk sənəd 24 oktyabr 2014-cü ildə imzalanmışdır. Həmin gün Asiya qitəsinin 21 ölkəsi bu nəhəng investisiya bankının yaradılması məqsədilə memorandum imzalayıblar.Bu gün Asiyada nəhəng bank yaradıldı . interaztv.com, 24.10.2014

"Maddələr Sazişi" Bankın əsas təsis sənədi olan "Maddələr Sazişi"dir.Asiya İnfrastruktur İnvestisiya Bankının əsas təsis sənədi imzalanmışdır . maliyye.gov.az, 29.06.2015

2015-ci ilin 27-28 aprel tarixlərində Pekin şəhərində və 20-22 may tarixlərində Sinqapurda gələcək təsisçi üzvlərinin nümayəndələrinin müvafiq olaraq keçirilmiş 4-cü və 5-ci iclaslarında yekdilliklə razılaşdırılmış "Maddələr Sazişi"i 29 iyun 2015-ci il tarixində Pekində təsisçi üzv statusuna malik olan 57 ölkədən 50-si tərəfindən imzalanmışdır.

Nizamnamə kapitalı Əsasən Asiya regionunda infrastrukturun inkişaf etdirilməsini dəstəkləyəcək bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bunun da təxminən 75 faizini Asiya ölkələri təmin edəcəkdir. Ölkələrin payı onların iqtisadiyyatının həcminə uyğun müəyyən edilir. Bankın səhmdarları bunlardır: Çin - 26,06%;Asiya İnfrastruktur İnvestisiya Bankı rəsmən təsis olundu . report.az, 29.06.2015 Hindistan - 7,5%; Rusiya - 5,92%; Azərbaycan - 0,25% (245,1 mln. dollar).

Fəaliyyət planı Fəaliyyəti Asiya ölkələrinin infrastruktur baxımdan inkişafına yönəlmişdir.

Bank ilk mərhələdə fəaliyyətini Avropaya yeni ticarət marşrutu olacaq Yeni İpək Yolunun yaradılmasına cəmləyəcək.Avstraliya Asiya İnfrastruktur İnvestisiya Bankına qoşulur . xezerxeber.com Bankın maliyyələşdirməyi planlaşdırdığı layihələr sırasında Bağdad və Çin arasında birbaşa dəmir yol əlaqəsinin qurulması da yer alır.

İstinadlar

Xarici keçidlər

Ministry of Finance of the People's Republic of China (MOF) Asian investment bank: Realigning the status quo by The Straits Times

Kateqoriya:2014-cü ildə yarananlar Kateqoriya:24 oktyabrda yarananlar Kateqoriya:Beynəlxalq təşkilatlar