Dağ velosipedi 2015 Avropa Oyunlarında — Kişilər və qadınlar arasında keçirilən idman növü. Dağ velosipedi 2015 Avropa Oyunlarında 13 iyun tarixində keçirildi. Yarışlar Bakı şəhərinin Binəqədi rayonunda yerləşən MTB Veloparkda baş tutmuşdur.

Dağ velosipedində Kişilərin yarışında 43 idmançı, Qadınların yarışında isə 26 idmançı qüvvəsini sınadı.

Kişilərin yarışında qızıl, gümüş və bürünc medalı İsveçrə idmançıları qazandı. 2012 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Nino Şurter Avropa Oyunlarının Çempionu adını qazandı. Qadınların yarışında isə qızıl və gümüş medalı İsveçrə, bürünc medalı isə Polşa idmançıları qazandılar. 22 yaşlı Yolanda Neff Avropa Oyunlarının Çempionu adını qazandı.

Medal sıralanması SıraYarış30x30px Qızıl30x30px Gümüş30x30px BürüncCəmi1 İsveçrə22152 Polşa0011 -Cəmi2226

Nəticə

Kişilər Yarış30x30px Qızıl30x30px Gümüş30x30px BürüncFərdi Nino Şurter (İsveçrə) Lukas Flukkiger (İsveçrə) Fabian Giger (İsveçrə)

Qadınlar Yarış30x30px Qızıl30x30px Gümüş30x30px BürüncFərdi Yolanda Neff (İsveçrə) Katrin Ştirneman (İsveçrə) Maya Vloşovskaya (Polşa)

Həmçinin bax Velosiped idmanı Velosiped sürmə 2015 Avropa Oyunlarında Triatlon 2015 Avropa Oyunlarında BMX velosipedi 2015 Avropa Oyunlarında

İstinadlar