San Martin de Mondonedo bazilikası () — İspaniyanın Qalisiya bölgəsində, Fos şəhərinin yaxınlığında yerləşən qədim bazilika. Kilsə kimi istifadə olunmuşdur. İspaniyanın ən qədim kilsəsi hesab olunur. IX əsrdə iki yepiskop burada xidmət göstərmişdir.

Tarixi

Bazilikanın tarixi IX əsrə qədər uzanır. Amma saysız sənədlər onun tarixini dəqiqləşdirməkdə çətinlik törədir. X əsrdə mövcud olması dəqiqdir. Bəzi nəzəriyyələrə görə bazilika bir neçə yepiskopun evi olmuşdur.

İndiki bazilika XI əsrə aiddir və Roman memarlığı üslubundadır. XVIII əsrdə dayaq-divarla möhkəmləşdirilmişdir. Bazilikadakı heykəlciklər o dövr üçün olan ibadətçilik haqqında məlumat verməkdədir. XVI və XV əsrlərə aid divar rəsmləri hələ də saxlanılmışdır.

Bazilikada San Qonzalonun türbəsi yerləşir.

Hal-hazırda bazilikada muzey fəaliyyət göstərir. Muzeyə giriş pulsuzdur. Çərşənbə günündən bazar gününə qədər muzeyi ziyarət etmək mümkündür.

1931-ci ildən bazilika İspaniya Mədəni Maraq Mülkiyyəti siyahısındadır.

Qalereya

İstinadlar

Xarici keçidlər

Muzeyin saytı

Kateqoriya:Qalisiya memarlığı Kateqoriya:IX əsr memarlığı Kateqoriya:XII əsr memarlığı Kateqoriya:Xristianlıq Kateqoriya:Avropa kilsələri Kateqoriya:Keçmiş kafedrallar Kateqoriya:IX əsrdə tamamlanmış tikililər