SC Paderborn 07 () - Şimali Reyn-Vestfaliya əyalətinin Paderborn şəhərini təmsil edən futbol klubu. SC Paderborn 1907-ci ildə təmsil etdiyi şəhərdə yaradılmışdır. Komandanın adının sonluğunda olan 07 rəqəmidə klubun yaradıldığı ilə işarətdir. 1985-ci ildə klub yenidən formalaşdırılmışdır. Həmin il üç alman klubunun birləşməsi nəticəsində yeni bir SC Parderborn 07 yaradılıb. 1997-ci ilə qədər komanda TuS Paderborn-Neuhaus adı ilə tanınırdı. Mavi-qara rənglərdən istifadə edən klub ev oyunlarını Paderborn şəhərində yerləşən 15.300 nəfər tutumlu Bentler Arenada keçirməkdədir.

Mövsüm xronologiyası

İl Sıra Divizion Yer Qeyd 1999–2000 3-cü Reqionalliqa 13-cü aşağı liqaya düşüb 2000–01 4-cü Oberliqa Vestfalen 1-ci üst liqaya çıxıb 2001–02 3-cü Reqionalliqa Nord 14-cü 2002–03 3-cü Reqionalliqa Nord 8-ci 2003–04 3-cü Reqionalliqa Nord 3-cü 2004–05 3-cü Reqionalliqa Nord 2-ci üst liqaya çıxıb 2005–06 2-ci 2. Bundesliqa 9-cu 2006–07 2-ci 2. Bundesliqa 11-ci 2007–08 2-ci 2. Bundesliqa 17-ci aşağı liqaya düşüb 2008–09 3-cü 3. Liqa 3-cü üst liqaya çıxıb 2009–10 2-ci 2. Bundesliqa 5-ci 2010–11 2-ci 2. Bundesliqa 12-ci 2011–12 2-ci 2. Bundesliqa 5-ci 2012–13 2-ci 2. Bundesliqa 12-ci 2013–14 2-ci 2. Bundesliqa 2-ci üst liqaya çıxıb 2014–15 1-ci Bundesliqa 18-ci aşağı liqaya düşüb 2015–16 2-ci 2. Bundesliqa N/A

İstinadlar

Kateqoriya:Almaniya futbol klubları