Riu-Qrandi Respublikası () və ya bəzən Piratini Respublikası () — Birtərəfli qaydada müstəqilliyini elan etmiş, Braziliyanın Riu-Qrandi-du-Sul vilayəti ərazisində 1836 11 sentyabrdan 1845 5 mart tarixinə qədər mövcud olmuş dövlət.
Tarixi Riu-Qrandi Respublikası Farrapus müharibəsi zamanı meydana gəlir. Dövlət 11 sentyabr 1836-cı ildə general Antonio di Soza Netu tərəfindən elan edilir. 5 noyabrda üsyançılar general Bentu Qonsalvisi birinci prezident elan edirlər. Ancaq bir müddət sonra Qonsalvis hakimiyyət qüvvələri tərəfindən əsir götürülür. Onun səlahiyyətlərini Qomis Jardin icra edir.
Respublika mövcud olduğu on ilə yaxın müddətdə beş paytaxt dəyişir: Piratii, Aleqreti, Kasapava-du-Sul, Baje (iki həftə ərzində) və San-Borja.
1839-ci ildə üsyançılar Santa-Katarina vilayətinin ərazisinə daxil olurlar və 24 iyun tarixində Julian Respublikasının müstəqilliyini elan edirlər. Onlar Riu-Qrandi ilə konfederasiyada birləşirlər. Noyabr ayında imperiya qüvvələri respublikanın mərkəzini tuturlar. Respublika 15 noyabr tarixində fəaliyyətini dayandırır.
1 dekabr 1842-ci ildə Aleqretidə konsitutsiyanın yaradılması üçün müəssislər məçlisi toplanır. Ancaq məçlis məqsədinə çatmır, belə ki deputatlar bir fikirə gələ bilmirlər.
Getdikcə üsyançıların vəziyyəti gərginləşir, bu səbəbdən fikir ayrılığı səbəbindən 1843-ci ilin avqustunda Bentu Qonsalvis prezidentlik postundan istefa verir. Bundan sonra hakimiyyətə danışıqlar tərəfdarları gəlir. Hakimiyyət nümayəndələri ilə 1 mart 1845-ci ildə imperiya arasında Qonço-Verde anlaşması imzalanır. Müqavilə ilə Riu-Qrandi Respublikasının varlığına son qoyulurBackground on the Farroupilha revolution .
Əlavə məlumat Farrapus müharibəsi Julian Respublikası
İstinadlar
Mənbə Farrаpus müharibəsi Latın Amerikasının ensiklopedik lüğətində.
Kateqoriya:Tarixi dövlətlər Kateqoriya:Tanınmayan və ya qismən tanınan dövlətlər Kateqoriya:Tanınmamış tarixi dövlətlər Kateqoriya:Tarixi respublikalar