Ərdal Tosun (; )— film, teatr və serial aktyoru.
Həyatı Ərdal Tosun Yeşilçam aktyorlarından Necdet Tosunun oğludur. Qardaşı Gürdal Tosun da özü və atası kimi aktyordu. O, 1980-ci ildə Beyoğlu Fındıklı Liseyinden məzun oldu. 1981-ci ildə "Minə" adlı filmdə ilk rolunu aldı. Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasını bitirdi. Bundan sonra "Özəl Teatr"ı qurdu. Daha sonra Antalya Dövlət Teatrında çalışmağa başladı. Muratxan Munqanın "Mesopotamiya üçləməsi" adlı oyununda oynadı və dövlət teatrlarından ayrılıb BKM aktyoru oldu. Bunubla yanaşı, çeşidli filmlərdə və seriallarda rol aldı. Bunlardan biri olan "Rina" filmində canlandırdığı "Memo" xarakteriylə söylədiyi "Xəyallarımızı satmadık ha" replikasıyla tanınır.
Aktyor 1995–2015-ci illərdə İlknur Tosun adlı xanımla ailəli olmuşdur. Zeynəb Kiraz Tosun adlı bir qızı var idi. 30 noyabr 2016-cı ildə meydana gələn yol qəzasında dünyasını dəyişdi və Zəncirliquyu qəbiristanlığında dəfn edildi. Məşhur aktyor, həmçinin "League of Legends" oyununda çempion Tam Kençi səsləndirmişdir.
Rol aldığı oyunlar Sən heç atəşböcəyi gördünmü: Yılmaz Ərdoğan — BKM — 2000 Geyikler Lanetler: Muradxan Mungan — Antalya Devlet Tiyatrosu — 1993 Lozan (oyun): Memet Baydur — Antalya Devlet Tiyatrosu — 1992 Tanrı (oyun): Woody Allen : Özel Tiyatro — 1988 Lokomopüf: Wolker Ludvig\Rainer Hachfeld — İstanbul Devlet Tiyatrosu — 1985
Filmləri Yapışıq qardaşlar,2015 Mənə nağıl danışma,2015 Koğuş akademiyası, 2013 Çalğı çəngi, 2011 Çaqqallarla rəqs, 2010 Vay dostum, 2010 Pak pantera, 2010 Rina ,2009 Türklər çıldırmış olmalı, 2009 Əyləncəli həyat, 2009 Sonsuz, 2008 Avanak Kuzenler, 2008 Super agent K9, 2008 Masqalı beşlər: Kipr, 2008 Müqəddəs damacana, 2007 Evə dönüş, 2006 İlk məhəbbət, 2006 Maskalı beşlər: İraq (2006) Atam və oğlum, 2005 Təşkili işlər, 2005 Könül varsa, 2004 G.O.R.A., 2003 Vizontele Tuuba, 2003 Ömərçip, 2003 Vizontele, 2000 Günəş yanıqları, 2000 Küçədəki adam, 1995 Alışaram, 1987 Təmas, 1987 Alnımdakı bıçaq yarası, 1987 Səyyar Kamil, 1987 Qadının adı yox, 1987 Minə, 1985 Qərənfilli Naciyə, 1984
Seriallar Qardaş payı , 2014–2015 Anasının oğlu, 2014 İbrəti-aləm, 2012 Üsküdara gedərkən, 2011 Ramazan gözəldir, 2009 Fəsupanallah, 2007 Könül yelləncəyi, 2007 Fələk nə demək?, 2006 Bir buket teatr, 2006 Naciyəni kim sevməz?, 2005 Ən yaxşı dost, 2004 Ölümsüz məhəbbət, 2003 Əsir şəhərin insanları, 2003 Havada bulud, 2002 Azad, 2002 Yarım alma, 2002 5 meymun mafiyası, 1999 Bir buket teatr'', 1995
İstinadlar
Xarici keçidlər Resmi ağ sayfası IMDb'de Erdal Tosun Sinema Türk'te Erdal Tosun Gürdal Tosun
Kateqoriya:1963-cü ildə doğulanlar Kateqoriya:2016-cı ildə vəfat edənlər Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə teatr aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları