"Fənərbaxça" 6–0 "Qalatasaray" — Türkiyə Super Liqasının 6-cı turu çərçivəsində 2002-ci ilin 6 noyabrında baş tutmuş və "Fənərbaxça"nın 6–0 "Qalatasaray" üzərində 6–0 üstünlüyü ilə başa çatan oyun. Oyun Mustafa Çulcunun hakimliyi ilə Fənərbaxça Şükrü Saracoğlu Stadionunda oynanmışdır. Bu oyunla "Fənərbaxça" "Qalatasaray" üzərində ən böyük hesablı qələbəsini qazanmışdır.

Qitələrarası derbi adlandırılan bu oyunda "Fənərbaxça"nın qollarına Tuncay Şanlı, Ariel Orteqa, Serhat Akın (2), Ceyhun Əriş və Ümit Özat atmışdır. Oyunun 57-ci dəqiqəsində Ariel Orteqa, 84-cü dəqiqəsində Əmrə Aşık qırmızı kart görmüşdür.

Bu oyun Türkiyə Super Liqasının 6-cı turunun keçirildiyi 22 sentyabr 2002-ci il tarixində baş tutmalı idi, lakin həm "Fənərbaxça"nın UEFA Kubokunda "AİK" ilə, həm "Qalatasaray"ın UEFA Çempionlar Liqasında "Lokomativ" Moskva və "Barselona"ya qarşı oyunlarına qarşı 6 noyabra ertələnmişdir.

Oyunun detalları

FƏNƏRBAXÇA: GK 1 Rüştü RəcbərRB 20 Yusuf Şimşək CB 22 Fatih Akyel CB 3 Ogün TəmizkanoğluLB 5 Ümit ÖzatDM 28 Samuel ConsonRM 23 Ariel Orteqa CM 32 Miroslav SteviçLM 17 Tuncay ŞanlıCF 21 Vaşinqton CF 9 Serhat Akın Yedekler:GK 13 Oğuz DağlaroğluDF 26 Erman Yıdırım LB 16 Cem KaracaRM 30 Əli Günəş AM 8 Ceyhun Eriş AM 10 Haim RevivoLF 8 Milan RapaiçBaş məşqçi: Verner LorantQALATASARAY: GK 1 Faryd MondraqonRB 22 Ümit DavalaCB 3 Bülənt Korkmaz CB 5 Əmrə Aşık LB 16 Hakan ÜnsalRM 17 Fabio PintoCM 18 Ayhan Akman CM 4 Mertol Karatay LM 67 Ergün PənbəCF 11 Həsən ŞaşCF 25 KristianEhtiyat:GK 16 Kərəm İnanDF 21 Serxio AlmaguerDF 23 Vədat İncəefe MF 8 Suat KayaCF 7 Berkant GöktanFW 6 Arif Ərdem FW 9 Ümit Karan Baş məşqçi: Fatih Terim Hakimlər Köməkçi hakimlər: Münir Takpak Koray Gənçərlər Dördüncü hakim: Muhittin Boşat İnspektor hakim: Hilmi OkOyun qaydası 90 dəqiqə

İstinadlar

Xarici keçidlər Fenerbahçe 6–0 Galatasaray — Oyunun videosu YouTube Fenerbahçe 6–0 Galatasaray — TFF oyun məlumatı

Kateqoriya:Fənərbaxça PFK Kateqoriya:Qalatasaray PFK Kateqoriya:Böyükhesablı futbol qalibiyyətləri