Vasili İvanoviç Kazakov (; d. 18 iyul 1898, Filipovo — ö. 25 may 1968) — SSRİ artilleriya marşalı, İkinci dünya müharibəsi iştirakçısı və Sovet İttifaqı Qəhrəmanı.

Bioqrafiya

İlk illəri

1898-ci ildə Nijni Novqorod quberniyasında Flipovoda kəndli ailəsində anadan olmuşdur. 1915-ci ildə İmperiya ordusuna qatılaraq Birinci Dünya müharibəsində iştirak etmişdir. 1917-ci ilin əvvəllərində Riqa yaxınlığında yaralandığından Sankt Peterburqdakı ehtiyat birliyə köçürülmüşdür. Ordu dağılandan və Rusiya vətəndaş müharibəsi başladıqdan sonra ordudan tərxis edilmişdir. Tezliklə o, könüllü şəkildə yeni yaradılmış Qırmızı orduya qatılaraq artilleriya komandanı olmuş, Rusiya vətəndaş müharibəsi və Polşa-Rusiya müharibəsindəVasily Kazakov . iştirak etmişdir. 1925-ci ildə Moskva artilleriya AkademiyasınıVasily Kazakov . bitirmiş, 1932-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur. İki il ərzində Frunze Akademiyasında oxumuşdur. 7 may 1940-cı ona ildə general-mayor rütbəsi verilmişdir.

İkinci dünya müharibəsi

İkinci dünya müharibəsinin başlanğıcında o, 7-ci Mexanikləşdirilmiş Korpusa komandirlik edirdi.obituary . Smolensk və Moskva uğrunda döyüşlərdə iştirak edərək anti-tank artilleriyası üçün yeni metodlar inkişaf etmişdir. 1942-ci ildə Bryansk cəbhəsində Konstantin Rokossovskinin artilleriya komandiri olmuşdur. Generalla Stalinqrad, Don, Mərkəz və 1-ci Belarus cəbhəsində vuruşmuşdur. 17 noyabr 1942-ci ildə general-leytenant, 18 sentyabr 1943-cü ildə general-polkovnik rütbəsinə yüksəlmişdir. O, Kursk döyüşünün plançılarından biri idi. Baqration əməliyyatında Aşağı Dnepr hücumunda və Almaniyadakı döyüşlərdə iştirak etmişdir. Vistula-Oder hücumunda töhfələrinə görə 6 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı (medal No. 5871) adına layiq görülmüşdür.

Müharibədən sonra

Müharibədən sonra Almaniyadakı SSRİ qüvvələrinin artilleriya qruplaşmalarının komandiri olmuşdur. 1950-ci ilin martında artilleriya Korpusunun ilk müavininə çevrilmişdir. Yanvar 1952-ci ildə komandir olmuş, aprel 1953-cü ildə yenə müavin rütbəsinə endirilmişdir. 11 mart 1955-ci ildə marşal rütbəsi əldə etmişdir. Quru Qoşunlarının Hava Müdafiəsində 1958-1965-ci illərdə işləmişdir.

1968-ci ilin 25 mayında Moskvada ölmüşdür.

İstinadlar

Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Moskvanın 800 illik xatirəsinə" medalı ilə təltif edilənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:"Berlinin alınmasına görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Varşavanın azad edilməsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:"Qırmızı bayraq" ordeni ilə təltif edilənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar) Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları