Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın üçüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2013-cü ildə elan edilmişdi. İcraçı prodüserlər Adam Horovitz və Edvard Kitsis bildirmişdilər ki, üçüncü mövsüm iki hissəyə bölünərək, birinci mövsüm 29 sentyabr-15 dekabr 2013-cü ildə, ikinci hissə isə 9 mart-11 may 2014-cü ildə efirə veriləcək.
Birinci hissədə qəhrəmanların Yoxlandiyada Piter Penlə mübarizəsi və Storibruka qayıtmaları, ikinci hissədə isə qəhrəmanların şəhərə yol tapmış Qərbin Qəddar Cadugəri Zelena ilə mübarizələri göstərilir. İki hissənin əsas antoqonistləri olan Qərbin Qəddar Cadugəri və Piter Pendən başqa üçüncü mövsümdə Din-din, Ariel, Şahzadə Erik, Ursula, Meduza, Rapunzel, Oz cadugəri, Xeyirxah Cadugər Qlinda, Şimalın Xeyirxah Cadugəri, Cənubun Cadugəri, Doroti Geyl, Qarasaqqal və Elza obrazları da debüt edir.
Mövsüm premyerası 8.52 milyon nəfər tərəfindən izlənmiş və 18–49 yaş arası 2.6/7 reytinq qazanmışdır. Mövsüm ortası finalı tənqidçilər tərəfindən qiymətləndirilmiş və Cənab Qoldun özünü qurban etməsi və keçmişlə bağlı göstərişlər qeyd edilmişdir. Mövsümün ikinci hissəsi yaxşı reytinq nəticəsi göstərərək, ikinci seriya həftənin ən yüksək reytinq nəticəsinə nail olmuşdur və bu 2012-ci ilin oktyabrında ikinci mözsümün ikinci seriyasının yayımlanmasından sonra serialın göstərdiyi ən uğurlu nəticə idi. Seriya tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş, ssenari müəllifləri və prodüserlər tərəfindən yaradılmış yeni ssenari xəttinə dəyər verilmişdir. İki saatlıq mövsüm finalı 6.8 milyon nəfər tərəfindən izlənmiş və 18–49 yaş arası 2.3/7 reytinq nəticəsi göstərmişdir ki, bu da serialın reytinqlərinin yaxşılaşmasına baxmayaraq, ən zəif final göstəricisi olmuşdur."TV Ratings Sunday: 'Revenge' & 'Once Upon A Time' Finales Rise, 'The Simpsons' Down, 'Rosemary's Baby' Low" from TV By The Numbers/Zap2It (14 iyun 2015) 8 may 2014-cü ildə serialın dördüncü mövsümünün çəəkiləcəyi elan edildi və dördüncü mövsümün premyerası 28 sentyabr 2014-cü ildə baş tutdu.
Məzmunu 200px|thumbnail|left|III mövsümün Qəddar Kraliçaya həsr olunmuş təbliğat posteri: "İnan ki, ananın sevgisi onun qaranlıq ürəyindən daha güclü ola bilər."
Qreq Mendell və Tamara tərəfindən Yoxlandiyaya aparılan Henri Millsbütün bunların Piter Penin göstərişi ilə həyata keçirildiyini öyrənir. Penə səmimi inananın ürəyi – Henrinin ürəyi lazımdır. İtmiş uşaqların köməkliyi ilə Pietr Pen Henrini magiyanı yalnız onun xilas edə biləcəyinə inandırmağa çalışır. Henrinin axtarışında olan Emma, Meri Marqaret, Cazibədar Şahzadə, Qəddar Kraliça, Rumpleştilskin və Kapitan Qarmaq da uğurlu şəkildə Yoxlandiyaya gəlib çatırlar, lakin, Kapitan Qolda komanda ilə işləməyin mümkün olmadığını bildirərək onları tərk edərək tək yalnız şəkildə Henrinin axtarışına başlayır. Digərləri isə Din-dini onlara kömək etməyə razı sala bilirlər. Devid itmiş uşaqlardan birinin atdığı zəhərli oxdan yaralansa da, bunu gizli saxlaya bilir.
Bu arada Sehrli meşəyə düşmüş Nil Kassidiyə Şahzadə Avrora, Şahzadə Filip və Mulan kömək edirlər. Mulan Şahzadə Avroraya aşiq olduğunu başa düşsə də, bunu deyə bilmir, ona görə də onları tərk edərək Robin Hudun dəstəsinə qoşulur. Robin Hudun köməkliyi ilə Nil Penin kölgəsini Yoxlandiyaya getmək üçün istifadə edir. Emma, Kapitan Qarmaq və Emmanın valideynləri Nili Piterin tələyə saldığı Exo mağarasından xilas edirlər. Qarmaq Emmaya sevgisini etiraf edir. Nil isə atası Rumpelştilskinlə görüşərək ona inanmadığını bildirir. Devid zəhərli oxla yaralandığını və adanın sehrli bulağının onu sağaltdığını, buna görə də adanı tərk edə bilməyəcəyini etiraf edir. Dəstə penin kölgəsini həbsə ala bilir. Pen isə magiyanı xilas etmək adı ilə Henrini Kəllə qayaya aparır.'Once Upon a Time' recap: Faith, Hope and Fairy Dust by Hilary Busis, from Entertainment Weekly (14 iyun 2015) 210px|thumbnail|right|Birinci hissənin əsas antoqonisti Piter Pendir (Robbi Kay). Adaya ilk çatdığı anda Rumpelştilskin Qara Maqın xəncərini kölgəsinə verərək onu heç kimin tapa bilməyəcəyi yerdə gizlətməyi əmr edir. Tez-tez Reumpeli ziyarət edən Bellin görüntüsü onu ovundurur, lakin Recinanın kömkliyi ilə Rumpel bunun əslində Penin kölgəsi olduğunu müəyyən edir. Bu köməkdən sonra güclərini birləşdirən Recina və Qold su pərisi Arieli Pandora qutusunu gətirmək üçün Storibruka gətirməyə göndərirlər. Bell Storibruku kənar gözlərdən qoruyan tilsimi həyata keçirdikdən sonra Yoxlandiyada Piter Pen tərəfindən əsir saxlanan Vendi Darlinqin qardaşları Con və Maykl Darlinqlərə bacılarına qovuşmağa kömək etməyə söz verir, bundan sonra Ariel Pandora qutusu ilə birlikdə Yoxlandiyaya qayıdır. Dəstəyə qoşulan Rumpelştilskin və Recina birlikdə Henrini xias etmək üçün yola düşürlər. Kəllə qayada Pen Rumpeli aldadaraq qutuya salsa da, valideynləri onu xilas edə bilirlər. Rumpelştilskin Pandora qutusundan azad edilir. Gəmidə Storibruka qayıdarkən Henriyə Piter Pen hücum edir, lakin, Rumpel yetişərək Peni Pandora qutusunda həbs edə bilir. Buna baxmayaraq Henri ilə tək qaldığı qısa müddətdə Piter Pen Henrinin bədənini ələ keçirməyə nail olur, Rumpel isə xəbəri olmadan Piterin bədənində Henrini qutuya salır.
Henrinin bədənində gizlənmiş Piter Pen Storibruku ələ keçirərək burada yeni Yoxlandiya yaratmağı planlaşdırır. Bu məqsədlə o, kölgəni azad edir və Mavi Pərini öldürür. Rumpel Devidə zəhər əleyhinə iksir verir. Emmanın Henrinin özü olmadığına inanmasından sonra Qold qitunu açmağa məcbur olur və Henri azad olur. Pen isə Recinaın Storibruku yaratmaq üçün istifadə etdiyi tilsimi oğurlayaraq yenidən şəhərə tilsim qoymağa çalışır. Din-din yenidən özündə sehrli güc hiss edərək Penin kölgəsini həbs edir, Mavi Pəri isə dirilir. Recina və Rumpel uğurla Henrinin öz bədəninə qayıtmasına nail ola bilirlər. Son qarşılaşmada Rumpel Piter Peni öldürmək üçün özünü qurban verir. Recina Penin yenilədiyi cadunun qarşısını almaq üçün öz tilsimini məhv etməli olur, buna görə də, Henri və Emma yeni həyata başlamaq üçün Storibruka geri dönürlər. Nağıl qəhrəmanları isə hamısı Sehrli meşəyə qayıdırlar. 185px|thumbnail|left|İkinci hissənin əsas antoqonisti Qərbin Qəddar Cadugəri Zelenadır (Rebekka Meyder). Sehrli meşəyə qayıdan qəhrəmanlar burada hakimiyyətin və kral sarayının Qərbin Qəddar Cadugəri Zelena və onun uçan meymunları tərəfindən ələ keçirildiyini görürlər. Recina Henrini itirməsi ilə barışa bilmir və anası kimi ürəyindən imtina etməyə cəhd edir, lakin, Robin Hud buna imkan vermir. Robin və Recina arasında münasibət yaranır və onlar bir-birinin xoşuna gəlməyə başlayırlar. Recina ilə qarşılaşan Zelena onun bacısı olduğunu və anaları Koranın körpə ikən ondan imtina etdiyini bildirir. Nil və Bell Rumpelştilskinin qəsrinə gələrək burada Rumpeli diriltmək üçün vasitə əldə edirlər. Nil özünü qurban verir və atası Rumpeli dirildir. Lakin ölməzdən əvvəl Emmanın yaddaşını qaytarmağa kömək edəcək iksiri Kapitan Qarmaq ilə Nyu-Yorka – bizim dünyaya göndərir. Qarmaq Şən Rocer adlandırdığı sevimli gəmisinin Kapitan Qara Saqqal tərəfindən oğurlandığını Arieldən öyrənir və gəmisini geri qaytarır, lakin, Arielə Şahzadə Eriki qaytarmağa kömək edə bilmir. Xeyli müddət sonra onlar Arielin şahzadəsini tapdığını və adada xoşbəxt yaşadıqlarını öyrənirlər. Daha sonra Qarmaq bizim dünyaya yol tapmaq üçün Şən Roceri sehrli lobyaya dəyişir."'Once Upon a Time' recap: Really, Most Sincerely Dead?" from Entertainment Weekly (March 30, 2014) Zelena hadisələri keçmişə qaytarmaq və hər şeyə yenidən başlamaq üçün tilsim hazırlayır və bu tilsimə lazım olan əsas elementlərdən biri də Cazibədar Şahzadə və Ağbənizin hələ doğulmamış yeni övladıdır."'Once Upon a Time' recap: Boat Show" from Entertainment Weekly (14 iyun 2015) Körpənin müdafiəsi üçün Cənubun Xeyirxah Cadugəri Qlindaya müraciət edərkən onlar Zelenanı yalnız ağ magiyanın köməkliyi ilə məğlub edə biləcəklərini öyrənir və kömək üçün Emmaya müraciət etmək qərarı verirlər. Ağbəniz vaxtilə Qəddar Kraliçanın həyata keçirdiyi tilsimi təkrarlayır və Devidin ürəyini qurban verir, öz ürəyini isə onunla bölür."'Once Upon a Time' recap: The Green Zone" from Entertainment Weekly (14 iyun 2015) Tilsimin həyata keçirilməsinə başlandıqda zelena öz iksirini əlavə edir və Storibruka qayıdan nağıl qəhrəmanları Sehrli meşədə keçirdikləri bir ili unudurlar.
Bir il sonra Nyu-Yorkda Emma və henrini tapan Kapitan Qarmaq Emmanın yaddaşını qaytarmağa nail olur və Emmanı səkkiz ay görüşdüyü Uelşlə evlənməkdən çəkindirir. Bu zaman uçan meymuna çevrilən Uelş Emmaya hücum etsə də, Emma xilas ola bilir. Sonradan məlum olur ki, Zelena Oz cadugərini qanadlı meymuna çevirərək Emmanın arxasınca Nyu Yorka göndərib. Storibruka qayıdan Emma valideynlərinə qovuşur və onların yeni uşağın doğulmasını gözlədiklərini öyrənir. Həm də bəlli olur ki, bütün nağıl personajları Sehrli meşədə keçirdikləri bir ili xatırlamırlar. Şəhər sakinləri birləşərək yeni tilsimin müəllifini axtarmağa başlayırlar. Qısa zamanda Emma və Recinanın tələsinə düşən Zelena Storibrukda olduğunu büruzə verir. O, Meri Marqaretlə yaxınlaşaraq onun uşağı iləünsiyyətdə olmağa çalışır və Deidin mərdliyini oğurlayır. Şəhərin sərhəddini keçməyə çalışan nağıl qəhrəmanları isə uçan meymuna çevrilirlər. Zelena həm də Qara Maqın xəncərini ələ keçirdiyi üçün Qoldu əsir saxlayır. Henri şəhərə qayıtsa da, Recina da daxil olmaqla heç kimi xatırlamır. Robin Hud ilə münasibət qurmağa başlayan Recina vaxtilə Din-dinin dediyi qolunda şir döyməsi olan kişinin məhz o olduğuna əmin olur. Zelenanın onun ürəyinə ehtiyacı olduğunu öyrənən Recina öz ürəyini saxlamaq üçün Robin Huda etibar edir. Onlar arasında romantik münasibətlər yaranır.
Bell öyrənir ki, Zelenaya zaman səyahəti üçün portal açmağa üç element lazımdır: Rumpelştilskinin beyni, Devidin mərdliyi və Recinanın ürəyi. Dördncü element isə Meri Marqaretin doğulmamış körpəsi olmalıdır. Recina anası Koranın ruhu ilə əlaqə yaradaraq Zelenanın keçmişini öyrənir. Bu zaman bəlli olur ki, Zelena keçmişə qayıdaraq Ağbənizin anası Şahzadə Yevanı öldürmək, beləliklə anası Koranın onu tərk etməsinin qarşısını almaq istəyir. Daha sonra Zelena Kapitan Qarmağın dodaqlarını tilsimləyir ki, o, Emmanı öpərək sehrli gücündən məhrum etsin. Meri Marqaret Henrinin nağıl kitabını yenidən tapır və kitab Henrinin yaddaşının bəra olunmasına kömək edir. Recinanın Henrini öpməsi tilsimi sındırır və bütün nağıl qəhrəmanları kim olduqlarını xatırlayırlar. Onlar öyrənirlər ki, yalnız Emma kimi güclü ağ magiyaya malik olan adam Zelenaya qalib gələ bilər.
Qısa zaman sonra Meri Marqaretin doğum vaxtı yetişir. Qarmaq və Emma Zelenanı dayandırmağa çalışsalar da, Zelenanın əmri ilə Qold Qarmağı suda boğur və onu süni nəfəs verməyə məcbur olan Emma magiyasını itirir. Zelena yeni doğulmuş körpəni də oğurlayaraq portalı açmağa çalışır. Lakin Henrinin təhriki ilə müsbətə doğru dəyişmiş Recina ağ magiyadan istifadə edərək Zelenanın qarşısını ala bilir. Rumpelştilskin Nilin ölümünün qisası olaraq Zelananı öldürür. Zelenanın açdığı zaman portalına düşən Emma və Qarmaq keçmiş dövrdə Sehrli meşəyə gəlib çıxırlar. Buradan qayıdarkən Emma ölümdən xilas etdiyi qızı da özü ilə Storibruka gətirir və məlum olur ki, həmin qız Robin Hudun ölmüş arvadı Ledi Meriondur. Recina ilə romantik münasibətlər qurmuş Robin Hud çətin vəziyyətə düşür. Mövzümün sonunda məlum olur ki, açılmış zaman portalından təkcə Qarmaq və Emma yox, həm də Qar kraliçası Elza keçərək Storibruka gəlib.
Rollarda
Əsas Cinnifer Qudvin — Ağbəniz/Meri Marqaret Blnaşer (22 seriya) Cennifer Morrison — Emma Svon (22 seriya) Lana Parrilla — Qəddar Kraliça/Recina Mills (22 seriya) Coş Dallas — Cazibədar Şahzdə/Devid Nolan (22 seriya) Emili de Revin — Bell/Leysi (17 seriya) Cared Gilmor — Henri Mills (19 seriya) Kolin O'Donok — Kapitan Qarmaq (22 seriya) Maykl Reymond-Ceyms — Belfayr/Nil Kassidi (15 seriya) Robert Karlayl — Rumpelştilskin/Cənab Qold (19 seriya)
Köməkçi Beverli Elliott — Dul Lukas / Nənə (12 seriya) Şon Makuayr — Robin Hud (12 seriya)