Sergey Nazaroviç Bubka — hündürlüyə tullanmaq üzrə olimpiya və dünya çempionu. Sovet və Ukrayna idmançısı.

Həyatı Bubka Voroşilovqradda (indiki Luqansk) anadan olmuşdur. 1983-cü ildə o, beynəlxalq səviyyədə tanınmasa da Finlandiyanın Helsinki şəhərində dünya çempionatında qalib gəlmişdir.Həmin il 5.85 m (19 ft 2 in)hündürlüyə tullanaraq özünün ilk dünya rekordunu qırdı. 1991-ci ilin sonlarında SSRİ-nin dağılmasına qədər Bubka Sovet komandasında mübarizə aparmışdır. Sovet İttifaqının idman sistemi yeni dünya rekordu qazanan idmançıları mükafatlandırırdı, beləcə, o, çox kiçik fərqlərlə dünya rekordunu qırması ilə məşhurlaşdı. 1992-ci ildə o, artıq Sovet sisteminin tərkibində deyildi və Nayk ilə hər bir yenilədiyi dünya rekorduna görə 40000 dollar qazanacağı müqavilə bağlamışdı.Sandomir, Richard (12 April 1992). "OLYMPICS; Top Athletes Are Being Wooed to Fill Some Big Shoes". The New York Times. Archived from the original on 26 May 2015. Retrieved 2 January 2017. O'Connor, Ian (1 August 1996). "Sore Bubka cannot soar" . NY Daily News. Retrieved 2 January 2017.

Fəaliyyəti O, 1991-ci ildə Sovet İttifaqının süqutuna kimi onu təmsil etmişdir. Bubka iki dəfə Trak and Fild Nyus tərəfindən ilin idmançısı seçilmişdir"Track and Field Athlete of the Year" . Trackandfieldnews.com. Retrieved 14 August 2012. və Beynəlxalq Atletizm Federasiyası Assosiasiyasının  24 fəxri idmançı üzvündən biri olmuşdurIAAF Hall Of Fame "IAAF Athletics"  Check |url=value (help). Retrieved 7 August 2012..

Bubka altı dəfə ardıcıl BAFA Dünya çempionatında qızıl medal qazanmış və hündürlüyə tullanmaq üzrə kişilərin dünya rekordunu 35 dəfə qırmışdır (17 xarici və 18 daxili). Həmçinin, öz rekordunu 14 dəfə yeniləmişdir"Bubka says farewell" . BBC News. 4 February 2001. Retrieved 26 August 2007.. O, 6 m və 6.10 m hündürlüyünə tullanan ilk kişi idmançıdır."Top Lists: Pole Vault" . IAAF.org. Retrieved 29 June 2009 (İndoor)"Top Lists: Pole Vault" . IAAF.org. Retrieved 29 June 2009.(Outdoor)

O, 1993-cü il 21 fevralda Ukraynanın Donetsk şəhərində keçirilən ölkədaxili çempionatda 6.15 m hündürlüyə tullanaraq dünya rekordunu saxlayırdı"RENAUD LAVILLENIE SETS POLE VAULT WORLD RECORD OF 6.16M IN DONETSK – UPDATED" . IAAF. Retrieved 17 February 2014.. Bu rekord 21 il sonra 2014-cü il fevral ayının 15-də eyni arenada eyni görüşdə fransız idmançısı Reno Lavillene tərəfindən 6.16 m hündürlüyə tullanaraq yenilənmişdir. "RENAUD LAVILLENIE SETS POLE VAULT WORLD RECORD OF 6.16M IN DONETSK – UPDATED" . IAAF. Retrieved 15 February 2014.

Bubka 2007-ci ildən Beynəlxalq Atletizm Federasiyaları Assosiasiyasının (IAAF) baş vitse-prezidenti və 2005-ci ildən Ukrayna Milli Olimpiya Komitəsinin prezidentidir. O, həmçinin 1996-cı ildən bəri xidmət edərək Beynəlxalq Olimpiya Komitəsinin (BOK) fəxri üzvüdür. 

Onun Sergey adlı peşəkar tennis oyunçusu olan oğlu var. 

Xarici keçidlər Sergey Bubka's Official Site/

IAAF profile for Sergey Bubka

Sergey Bubka, leyenda viviente del atletismo mundial, de visita en Colombia

Serguei Bubka en Cali

In IOC, New Obstacles for an Expert at Clearing Them

Bubka re-elected President of National Olympic Committee of Ukraine

İstinadlar

Kateqoriya:Olimpiya qızıl medalına sahib idmançılar Kateqoriya:Ukraynada idman Kateqoriya:Luqanskda doğulanlar Kateqoriya:Olimpiya qızıl medalına sahib Ukrayna idmançıları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:1988 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Yüngül atletika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:Yüngül atletika üzrə Avropa çempionları