Tsinxua Universiteti () — Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.

Xarici əlaqələri Tsinxua Universiteti Çin universitetlərini birləşdirən "C9 Liqası"na daxildir.

Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının üzvüdür.17 Members . aearu.org

Təhsil haqqı Tsinxua Universitetində təhsil haqqı tələbənin seçdiyi ixtisasdan asılı olaraq dəyişir. Bakalavr pilləsində təhsil haqqı 20000–50000 yuan, magistratura pilləsində 30000–70000 yuan, doktorantura pilləsində isə 30000–60000 yuan arasında dəyişir.

Bu ali təhsil ocağında 1000-ə qədər əcnəbi tələbə yerləşdiriləcək yataqxanalar mövcuddur. Yataqxanalarda İnternet, telefon, kondisioner, televizor və s. avadanlıqlarla təchiz edilmiş bir, iki və daha çox nəfərlik otaqlar tələbələrin istifadəsinə verilib. Otaqların 1 sutkalıq qiyməti 40–100 yuan arasında dəyişir. Kampusda tələbələrə tibbi xidmət göstərilir. Tibbi sığortanın 1 illik qiyməti 600–1000 yuandır.

Reytinqi + "QS World University Rankings"dəki yeri:2015/162014/152013/142012/132011/122010/11254748484754 + "Times Higher Education World University Rankings"dəki yeri:2015/162014/152013/142012/132011/122010/11474950527158 + "Academic Ranking of World Universities"dəki yeri: 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 201–300202–301153–202151–200151–202201–302201–302151–200151–200151–200151–200101–150101–150

Məşhur məzunları Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Hu Szintao – Çin Xalq Respublikasının prezidenti; Si Szinpin – Çin Xalq Respublikasının vitse-prezidenti; Çju Ronqji – Çin Xalq Respublikasının sabiq Baş naziri; Tzya Çunvanq – Çinin sabiq dövlət təhlükəsizliyi naziri; Tsunq-Dao Li – fizika üzrə Nobel mükafatı laureatı; Yanq Çen Ninq – fizika üzrə Nobel mükafatı laureatı; Şinq-Şen Çern – riyaziyyat üzrə Vulf mükafatı laureatı; Lyan Qiçao – alim, jurnalist, filosof, reformator; Syan Çjunşu – məşhur Çin yazıçısı.

Həmçinin bax

Mənbə Lamiyə Əliyeva, Dünya universitetləri: Tsinxua Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 15.10.2010, № 40.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Çin universitetləri Kateqoriya:Pekində təhsil Kateqoriya:1911-ci ildə yarananlar