Azərbaycan 2007-ci ildən bəri "Ən yaxşı beynəlxalq bədii film" nominasiyası üzrə Oskar mükafatına film təqdim edir. Mükafat hər il ABŞ-nin Kino Sənəti və Elmləri Akademiyası tərəfindən ABŞ-dən kənarda istehsal olunmuş və dialoqları əsasən ingilis dilində olmayan tammetrajlı bədii filmə verilir. Nominasiya 1956-cı ildə təsis edilib və o vaxtdan bəri hər il təqdim olunur.
2026-cı il etibarilə Azərbaycan bu nominasiyaya 11 film təqdim edib, lakin onlardan heç biri Oskara namizəd olmayıb.
Təqdimatlar Akademiya 1956-cı ildən bəri müxtəlif ölkələrin kino sənayelərini bu nominasiya üzrə ən yaxşı filmlərini təqdim etməyə dəvət edir. Prosesə Beynəlxalq Bədii Film Komitəsi nəzarət edir və təqdim olunan bütün filmlərə baxır. Bundan sonra komitə üzvləri gizli səsvermə yolu ilə beş namizədi müəyyən edir. Azərbaycan Akademiya tərəfindən ilk dəfə 2006-cı ilin yayında film təqdim etməyə dəvət edilib və ilk filmini 2007-ci ildə təqdim edib. Ölkədən Oskara təqdim olunacaq film Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Azərbaycan Film Seçim Komitəsi tərəfindən seçilir; 2026-cı il etibarilə komissiyanın sədri rejissor Şamil Əliyevdir.
Zaur Qasımlının "Tağıyev" kinoepopeyasının iki hissəsi ardıcıl iki il Azərbaycanı təmsil edib: 2025-ci ildə "Tağıyev: Neft", 2026-cı ildə isə "Tağıyev: Məktəb". 99-cu mərasim üçün bu nominasiyaya dünyanın müxtəlif ölkələrindən rekord sayda — 105 film təqdim olunub. İlkin səsvermənin 2026-cı il dekabrın 7–11-də keçirilməsi, qısa siyahıya düşən 15 filmin isə dekabrın 15-də elan edilməsi planlaşdırılır.
Aşağıda Azərbaycanın illər və mərasimlər üzrə təqdim etdiyi filmlərin siyahısı verilir:
İl(Mərasim) Nominasiyada istifadə edilən ad Orijinal ad Dil Rejissor Nəticə 2007-ci il(80-ci) Caucasia Qafqaz, Кавказ Rus dili Fərid Hümbətov Namizəd olmayıb 2008-ci il(81-ci) Fortress Qala Azərbaycan dili Şamil Nəcəfzadə Namizəd olmayıb 2010-cu il(83-cü) The Precinct Sahə, Участок Azərbaycan dili, rus dili İlqar Safat Namizəd olmayıb 2012-ci il(85-ci) Buta Buta Azərbaycan dili İlqar Nəcəf Namizəd olmayıb 2013-cü il(86-cı) Steppe Man Çölçü Azərbaycan dili Şamil Əliyev Namizəd olmayıb 2014-cü il(87-ci) Nabat Nabat Azərbaycan dili Elçin Musaoğlu Namizəd olmayıb 2017-ci il(90-cı) Pomegranate Orchard Nar bağı Azərbaycan dili İlqar Nəcəf Namizəd olmayıb 2021-ci il(94-cü) The Island Within Daxildəki Ada Azərbaycan dili Rüfət Həsənov Namizəd olmayıb 2022-ci il(95-ci) Creators Yaradanlar Azərbaycan dili Şamil Əliyev Namizəd olmayıb 2025-ci il(98-ci) Taghiyev: Oil Tağıyev: Neft Azərbaycan dili Zaur Qasımlı Namizəd olmayıb 2026-cı il(99-cu) Taghiyev: School Tağıyev: Məktəb Azərbaycan dili Zaur Qasımlı Gözlənilir
Qeydlər
İstinadlar
Kateqoriya:Ölkələrə görə ən yaxşı xarici film üzrə Oskar mükafatına təqdimatlar Kateqoriya:Azərbaycan kinematoqrafı Kateqoriya:Azərbaycan filmlərinin siyahıları