Əli Məhəmmədəli oğlu Həsənov () — Azərbaycan ictimai-siyasi xadimi, tarixçi, politoloq, I dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri (1996–2019), Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, Geostrategiya elmi jurnalının baş redaktoru.
Həyatı Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində anadan olmuşdur. 1982-ci ildə hərbi xidmətini başa vuraraq Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1985-ci ildə təhsilini davam etdirmək üçün məqsədli göndərişlə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüşdür. 1988-ci ildə adıçəkilən universiteti fərqlənmə diplomu ilə bitirərək əyani aspiranturaya qəbul olmuşdur. 1992-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasını bitirmiş, "1917–1941-ci illərdə SSRİ-də milli münasibətlər (Azərbaycan tarixşünaslığı)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Ailəlidir, 1 oğlu və 1 qızı var.
1992–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası və Bakıda elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. Birinci dərəcəli dövlət müşaviri, Əməkdar Dövlət Qulluqçusu olub.
Ə. M. Həsənov 1992-ci ildən həm də elmi-pedaqoji fəaliyyətlə məşğul olur. 2000-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasına rəhbərlik edir. Eyni zamanda, 2000-ci ildə "Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991–1996)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildən isə professor adını almışdır. 1995–2020-ci illərdə onun beynəlxalq münasibətlər və geosiyasət mövzusunda 40-dan çox monoqrafiyası, 8 dərsliyi və yüzlərlə elmi məqalələri xarici dillərə tərcümə edilərək dünyanın ondan artıq dövlətində çap olunmuşdur.
Siyasi fəaliyyəti 1996-cı ildən Ə. M. Həsənov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmişdir. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunmuşdu.
2019-cu ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənovun Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi — şöbə müdiri vəzifəsindən azad edildi və bu şöbə ümumiyyətlə ləğv edildi.
Partiya fəaliyyəti "Yeni Azərbaycan" partiyasının yaradılması prosesində iştirak etmişdir.1992-ci ildə keçirilən təsis qurultayında partiyanın Siyasi Şurasının, 1998-ci ildə isə İdarə Heyətinin üzvü seçilmiş, eyni zamanda 1993–1995-ci illərdə partiyanın ideologiya şöbəsinə başçılıq etmişdir.
Şəxsi həyatı Həyat yoldaşı Sona Vəliyeva "Kaspi" Təhsil Şirkətinin rəhbəridir.
Oğlu Şamxal Həsənli Xəzər TV-nin rəhbəri olub.
Əsərləri
Kitabları Azərbaycan-ABŞ: anlaşılmaz münasibətlərdən strateji tərəfdaşlığa doğru: oktyabr 1991-avqust 1997 /Əli Həsənov; elmi red. Ə. Mehdiyev; ön söz. müəl. V. Quliyev.- Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1997.- 107 s. Azərbaycan və ATƏT: Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi ümumavropa təhlükəsizliyi fonunda / Əli Həsənov; elmi red. N. İsayev.- Bakı: İşıq, 1997.- 82 s. Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991–1996-cı illər) /Əli Həsənov; ön sözün müəl. və rəyçi Y. Mahmudlu; elmi red. Ə. Mehdiyev.- Bakı: Azərnəşr, 1998.- 331 s. Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri: 1991–1996 /Əli Həsənov; elmi red. Ə. B. Mehdiyev.- Bakı: Elm, 2000.- 367 s. Dünya Azərbaycanlılarının I Qurultayı /Buraxılışa məsul R. Ə. Mehdiyev; tərtibçi Ə. M. Həsənov; – Bakı: Azərbaycan, 2002.- 352 s. Yeni Azərbaycan Partiyası: Yaranması, formalaşması və əsas fəaliyyət istiqamətləri /Əli Həsənov; Aydın Mirzəzadə.- Bakı: Azərbaycan, 2002.- 200 s. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti: dərslik /Əli Həsənov; elmi red.: S. Qəndilov, Ə. Mehdiyev; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Azərbaycan, 2005.- 752 s. Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri : dərs vəsaiti /Əli Həsənov, Adil Vəliyev; elmi red. S. Qəndilov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Azərbaycan, 2007.- 248 s. Geosiyasət: nəzəriyyələri, metodologiyası, aktorları, tarixi, xarakteristikası, anlayışları: dərslik /Əli Həsənov; elmi red.: S. Qəndilov, M. Qasımlı; red.: M. Abdullayev, Ə. Mehdiyev; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Aypara-3, 2010.- 604 s. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti: monoqrafiya /Əli Həsənov; elmi red. Ə. Abdullayev; red.: M. Abdullayev, V. Səlimov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Letterpress, 2011.- 440 s. Dünya ölkələrinin müasir siyasi sistemləri monoqrafiya /Əli Həsənov; Adil Vəliyev; elmi red. E. Əhmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Zərdabi LTD, 2013.- 776 s. Azərbaycanın geosiyasəti: dərslik /Əli Həsənov; elmi red. E. Nəsirov; red. V. Səlimov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Zərdabi LTD, 2015.- 1055 s. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları /Əli Həsənov; elmi red. E. Əhmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Zərdabi LTD, 2016.- 662 s. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti / Əli Həsənov; elmi red. E. Əhmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Zərdabi LTD, 2016.- 296 s. Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması /Əli Həsənov; elmi red. E. Əhmədov.- Bakı: Zərdabi LTD, 2017.- 464 s. Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və çin dillərində. Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri /Əli Həsənov; elmi red. E. Əhmədov.- Bakı: Zərdabi LTD, 2017.- 400 s. İlham Əliyev – On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003–2018). Bakı: Zərdabi LTD, 2018.- 184 s.
Həmçinin bax 24saat.org Ramiz Mehdiyev
İstinadlar
Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri Kateqoriya:Azərbaycan professorları