Araz Böyükağa oğlu Əzimov () — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat.

Həyatı Araz Əzimov 1962-ci il iyunun 13-də Bakı şəhərində anadan olmuşdur. Sovet ordusunun tərkibində Əfqanıstanda xidmət etmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1984–1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin informasiya şöbəsində 2-ci katib, 1990–1991-ci illərdə 1-ci katib, 1991–1992-ci illərdə müdir müavini, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi olmuşdur.

1994-cü ildən indiyə kimi Azərbaycan Xarici İşlər Nazirinin müavinidir. 2019-cu ilin iyul ayında Araz Əzimov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi vardır.

İngilis, fars, rus və türk dillərini bilir.

Evlidir, iki oğul atasıdır.

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müavinləri Kateqoriya:Azərbaycan diplomatları