«Maddə 22» () — amerikalı yazıçı Jozef Hellerin qara yumor və satira janrında olan romanı. Roman 1953-cü ildə yazılmağa başlamış və ilk dəfə 1961-ci ildə çap edilmişdir. Əsərdə hadisələr İkinci dünya müharibəsi illərində cərəyan edir. XX əsrin ən yaxşı əsərlərindən biri hesab olunur.

Maraqlı faktlar Əsərin baş qəhrəmanı Yossarian yazdığı məktublara məşhur amerikalı yazıçı Vaşinqton İrvinqin adı ilə imza atır. Belə imza atmaq onu bezdirdikdə isə ad və soyadın yerini dəyişib imza atır. Romanın mətnində Yossarian assuriyalı adlanır. Romanın davamı sayılan "Bağlanma vaxtı" əsərində Yossarian dostlarına deyir ki, onun adı milliyətcə assuriyalı olan dostu Frensis Yohannenin adının sintezindən əmələ gəlib. Əsər çap olunduqdan sonra "Maddə 22" ifadəsi ABŞ-də çox məşhurlaşır. Hal-hazırda bu ifadə ABŞ-də çıxılmaz absurd vəziyyəti ifadə edir. Bu roman "BBC" tərəfindən tərtib olunan "200 ən yaxşı kitab" siyahısında 11-ci yerdə qərarlaşıb. Bu roman "Metallica" qrupunun solisti Ceyms Hetfildi "The Shortest Straw" adlı mahnını yaratmağa ilhamlandırıb. 2002-ci ildə "Hypocrisy" adlı isveç det metal qrupu "Catch 22" adlı albom buraxıb. 2005-ci ildə "Meshuggah" adlı isveç metal qrupu mahnıları bu romana əsaslan "Catch Thirtythree" adlı albom buraxıb. ABŞ-də "Catch 22" adlı ska-pank qrup fəaliyyət göstərir. Romanın adı "Splin" qrupunun "Тебе это снится" adlı mahnısında xatırlanır. Romanın adı "LOST" serialının 3-cü sezonunun 17-ci seriyasında xatırlanır.

Ekranlaşdırma 1970-ci ildə rejissor Mayk Nikols tərəfindən romana əsaslanan eyniadlı film çəkilib.

Kateqoriya:1961-ci ilin kitabları Kateqoriya:İngilis dilində kitablar Kateqoriya:Simon & Schuster kitabları Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:İtaliya haqqında filmlər Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:Filmlərə adaptasiya olunmuş ABŞ romanları Kateqoriya:Teleseriala uyğunlaşdırılmış ABŞ romanları Kateqoriya:Absurdist uydurma Kateqoriya:Debüt romanları Kateqoriya:İntihar haqqında romanlar Kateqoriya:Postmodern ədəbiyyat Kateqoriya:1960-cı illərin əks-mədəniyyəti Kateqoriya:Satirik romanlar