Aşağı Fərəcan — Azərbaycan Respublikasının Laçın rayonunun Aşağı Fərəcan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Laçın rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşən kənd Həkəri çayının sol sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin cənub-qərb ətəyindədir. Keçmiş adı Haraldır. 1954-cü ildə qonşu Fərəcan kəndindən köçüb gəlmiş ailələr məskunlaşdığı üçün kəndin adı dəyişdirilərək Aşağı Fərəcan adlandırılmışdır. Oykonim "Aşağıda yerləşən Fərəcan kəndi" deməkdir
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Əhalisi 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilik idi.
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri