Oma sümüyü () — qabırğa rudimentləri ilə birlikdə beş oma fəqərələrindən təşkil olunmuşdur. Oma sümüyünün enli ucu, əsası — yuxarıda sonuncu bel fəqərəsi ilə birləşərək ınə doğru çıxmış burun — təşkil edir. Oma sümüyünün ensiz ucu, zirvəsi — aşağıda büzdüm fəqərəsi ilə birləşmişdir. I oma fəqərəsi cisminin arxasında fəqərə dəliyi — vardır ki, bu dəlik aşağı doğru oma kanalı — ilə birləşir. Fəqərə dəliyinin yanlarından yuxarıya doğru bir cüt oynaq çıxıntıları — çıxır. Bu oynaq çıxıntıları önündə fəqərənin yuxarı oymaları yerləşmişdir. Oma sümüyünün zirvəsini sonuncu oma fəqərəsinin cismi təşkil edir. Zirvənin arxasında bir deşik — vardır. Yan tərəflərdən bir cüt rudiment halında qalmış aşağı oynaq çıxıntısı sayılan oma buynuzları — ilə əhatə olunmuş yuxarıda oma kanalı ilə birləşir. Oma sümüyünün çanaq boşluğuna baxan çanaq səthi — hamar və basıqdır. Oma sümüyünün çıxıq arxa səthi — isə arxaya baxır. Oma sümüyünün ön səthində oma fəqərələrinin bir-biri ilə bitişən hissələrini göstərən 4 köndələn xətt — vardır. Bu xəttlərin uclarında yuxarıdan aşağıya doğru cərgə ilə sinir köklərinə məxsus 4 dəlik — düzülmüşdür. Oma sümüyünün arxa səthində arxa çıxıntıların birləşməsindən əmələ gələn bir orta daraq — vardır. Orta darağın hər iki tərəfində oynaq çıxıntılarının birləşməsindən əmələ gəlmiş omanın ara daraqları — yerləşir. Ara daraqlardan kənara üçüncü cərgə bayır daraqlar — vardır. Oynaq və bayır daraqların arasında 4 cüt omanın arxa dəlikləri — vardır. Bu dəliklər qısa kanallar vasitəsilə oma sümüyünün ön dəlikləri ilə birləşirlər. Oma sümüyünün iki fəqərə yarıma uyğun yuxarı hissəsinin başır şöbələrinə yan hissələr — deyilir. Bu hissələrinyan tərəflərində qalça sümüyü ilə calanmaya məxsus bir seyvanabənzər səth — və həmin səthin arxasında bağlara məxsus qabarıqlar — vardır. Qadınlarda oma sümüyü bərabər dərəcədə basıq, enli və qısa olur. Kişilərdə isə ensiz uzun və çıx basıqdır. Formaları Oma sümüyü ümumi formasına və oma dəliyinin — formasına görə xüsusiyyətlərə malikdir. Sezon-Yaroşeviçə görə oma sümüyü forma cəhətcə iki cür olur: qısa-enli (platixiyerik) oma sümüyü — yastı çanaq insanlarda rast gəlinir; uzun-ensiz (dolixoxiyerik) oma sümüyü — dar çanaq insanlarda rast gəlinir. Bunlardan əlavə orta növ mezoxiyerik oma sümüyü də ayırd edilir. Moskalenko qısa-enli növü intraartikulyar və uzun-ensiz növü isə ekstraartikulyar oma adlandırır. İntraartikulyar növdə oma-qalça oynağında iştirak edən oynaq səth nahiyəsi ondan xaricdə qalan hissəsinə nisbətən böyük olur. Ekstraartikulyar növdə isə əksinə xeyli az olur.

Kamençikə görə oma kanalının aşağı ucunda olan hiatus sacralis üç növ olur: qısa, uzun və orta.

Mənbə Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1971

Kateqoriya:İnsan skeleti Kateqoriya:Skelet sistemi Kateqoriya:Onurğa sütunu Kateqoriya:Çanaq sümükləri Kateqoriya:Döş qəfəsinin sümükləri