Uşuaya — Argentinada, Pataqoniya bölgəsində yerləşən şəhər. Dünyanın ən cənubda yerləşən şəhərlərindən biridir. Uşuayadan daha cənubda şəhərlər olsa da bu şəhərlər hərbi şəhərlərdir.
Argentinanın Tyerra del Fueqo əyalətinin paytaxtıdır. Biql kanalının sahilindədir.
Uşuaya yamana dilində "Şərqə baxan" deməkdir. Başqa ehtimala görə adının mənası "Üzünü Günəşə çevirən"dir.
Tarixi
Uşuaya tarix boyunca iqlim, coğrafiya, heyvan və bitki dünyası, hindu mənşəyini araşdırmaq Avropadan gəlmiş bir çox elmi səfərə ev sahibliyi etmişdir.
Şəhərin ən məşhur binası 1902-ci ildə tikilməyə başlanılan Presidio adlı binadır. 1920-cu ildə tamamlanan bu bina həbsxana kimi istifadə olunmuşdur. Buradakı məhbuslar dəmiryolu çəkilişinə cəlb olunmuşdular. 1947-ci ildə bağlanılan həbsxanada bir neçə muzey açılmışdır. Bunlardan biri də həbsxananın tarixini əks etdirən Presidio muzeyidir. Digəri isə Antarktida ilə bağlı muzeydir.
Əhali
+ İllərə görə əhali İl Əhali 1947 2 182 1966 4 470 1970 5 677 1980 11 443 1991 29 166 2001 45 430 2004 53 762http://www.mindef.gov.ar/edna/biblioteca/coleccion/TEMAS%20DE%20DEMOGRAFIA/TEMAS%20DE%20DEMOGRAF%CDA.doc 2010 56 593 2013 60 314
Vergi az olduğundan əhalidə artım müşahidə olunur.
Turizm
Odlu Torpaq Milli Parkına yaxın yeləşdiyindən və təbiətinin gözəlliyi səbəbi ilə şəhər turistik xarakter daşıyır. Antarktida gəzintilərinin dayanacağı olması və liman olması onu məşhur edən faktorlardan biridir. Şəhərə ərzaq və digər məhsulların gətirilməsi çox çətin olduğundan Uşuaya Argentinanın ən bahalı şəhərlərindən biridir.
Ən görməli yerlərindən biri 1979-cu ildə yaradılmış Dünyanın ucu muzeyidir. Burada Uşuaya və Odlu Torpaq ilə bağlı tarixi məlumatlar əldə etmək mümkündür.
Şəhərin yaxınlığında məşhur Qrasial Martial buzlağı yerləşir.
Nəqliyyat
Uşuaya beynəlxalq hava limanına sahibdir və 1997-ci ildə inşa edilmişdir. Antarktidaya gedən bəzi gəmilər buradan liman kimi istifadə edirlər.
Qalereya
İstinadlar
Xarici keçidlər
Rəsmi sayt Turizm Turizm Uşuaya Dünyanın ucu muzeyi (isp., alm.) Presidio muzeyi (ing., isp.)
Kateqoriya:Argentina şəhərləri Kateqoriya:Ən ekstremal yerlər