Lora Breniqan (; ) — ABŞ solo ifaçısı.
Həyatı Lora Breniqan 3 iyul 1952-ci ildə ABŞ-nin Nyu-york ştatının Mount Kisco şəhərində doğulmuşdur. İlk dəfə solo karyerasına 1970-ci illərdən başlamışdır. 1980-ci illərin əvvəldən başlayaraq müxtəlif filmlərə çəkilir. Bununla bərabər Lora 1982-ci ildə orijinal "Qloria" mahnısının remeykini ifa edir və həmin ildə Qremmi mükafatı nominasiyasına layiq görülür. 1984-cü ildə ifa etdiyi Self Control mahnısı ABŞ və Avropa ölkələrinin hit-paradlarında ən populyar mahnılardan birinə çevrilir. 1990-cı illərdə Lora filmlərdə az çəkilirdi. Lora Breniqan 26 avqust 2004-cü il tarixində beyin anevrizmi xəstəliyi ağırlaşması səbəbindən dünyasını dəyişir.
Albomlar 1982: Branigan 1983: Branigan 2 1984: Self Control 1985: Hold Me 1987: Touch 1990: Laura Branigan 1993: Over My Heart
İstinadlar
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Atlantic Records artistləri