İndiki bitmiş zaman (Present Perfect) - keçmişdə qeyri-müəyyən bir vaxtda baş verən və nəticəsi indiki zamanla əlaqəli olan zaman forması.Raymond Murphy. English grammar in use. p. 14 İndiki bitmiş zaman "to have" feli və keçmiş feli sifət vasitəsilə düzəldilir: Biz yeni informasiya verərkən bu zaman formasından istifadə edirik: Ow! I've cut my finger. Bu zaman formasında hərəkət keçmişdə, nəticə isə indiki zamandadır: I have lost my keys. I can't open the door now. "gone to" ilə "been to" arasındakı fərq: He has gone to Rome. (O, hal-hazırda Romadadır.)He has been to Rome. ( O, hal-hazırda geri dönüb.) İndiki bitmiş zaman "just" , "already" və "yet" sözləri ilə istifadə edilə bilər. "Just" dilimizə "indicə" kimi tərcümə olunur və təsdiq cümlələrdə köməkçi fellə əsas felin arasında istifadə edilir: She has just had lunch. "Already" dilimizə "artıq" kimi tərcümə olunur və təsdiq cümlələrdə köməkçi fellə əsas felin arasında istifadə edilir: He has already left. "Yet" dilimizə "hələ" kimi tərcümə olunur və inkar və sual cümlələrin sonunda işlədilir: Has it stopped raining yet?
İstinadlar
Kateqoriya:İngilis dili qrammatikası