() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Rusiya (Dağıstan), Gürcüstan, Ermənistan, Balkan ölkələri, Livan, İran və Türkiyədə təbii arealları vardır.

Botaniki xarakteristikası Hündürlüyü 4–5 m-ə çatan alçaqboylu koldur. Yarpağı sadə, enli, tərs ellipsvarı olub, qaidə hissəsi azacıq pazvarıdır. Üstdən çılpaq, altdan sıx keçə tükcüklüdür. Yarpaqlarının uzunluğu 6-12 sm arasında ola bilir. Yarpaqlarının kənarı ikiqat mişardişlidir. Meyvələri yumrudur. Çiçək saplağı tüklüdür. İyun-iyul aylarında çiçəkləyir, avqust-sentyabrda isə meyvəsi yetişir.

Azərbaycanda yayılması Azərbaycanda Quba, Şəki rayonlarında (Köynük kəndi) yuxarı dağ meşə qurşağında qayalıq yerlərdə təsadüf edilir.

Statusu Azərbaycanın nadir bitki növlərindən biridir. VU B1 ab (ii,iii) + 2 ab (iii).

Bitdiyi yer Yuxarı və orta dağ qurşaqlarında fıstıq meşələrində, seyrək meşələrin kənarlarında cənub yamaclarda təsadüf edilir.

Təbii ehtiyatı Azərbaycanda arealı geniş deyildir.

Çoxalması Təbiətdə generativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi tövsiyə olunur.

Sinonimləri Homotipik sinonimləri

İstinadlar

Həmçinin bax