Akaki Çxenkeli () — Gürcü marksist dövlət xadimi, Zaqafqaziya Demokratik Federativ Respublikasını yeganə baş naziri.
Həyatı və fəaliyyəti 1874-cü ildə Tiflis quberniyasının Xoni şəhərində, əsilzadə ailəsində doğulmuşdur. Kiyev Universiteti, Berlin Universitetində və Londonda təhsil almışdır. Hüquqçu və ədəbiyyatçı idi. 1898-ci ildə sosial demokratiya hərəkatına qoşuldu və 1903-cü ildə menşevik oldu. Rusiyada 1905-1907-ci illər inqilabında iştirak etmiş və həbs olunmuşdur. Rusiya imperiyası IV Dövlət Dumasına Batum oblastından, Qars oblastından və Suxumi diyarından seçilmişdir.
Fevral inqilabından sonra Fevral burjua-demokratik inqilabından sonra Xüsusi Cənubi Qafqaz Komitəsi elan edilmiş, Akaki Çxenkeli də qurumun daxili işlər komissarı olmuşdur. Trabzon sülh konfransında Gürcü deleqasiyasına liderlik edən Çxenkeli 9 apreldə seymin, daha sonra isə Zaqafqaziya Demokratik Federativ Respublikasının hökumət başçısı və xarici işlər naziri olmuşdur. Gürcüstan Demokratik Respublikası elan ediləndən sonra isə daxili işlər nazirliyinə gətirilmiş, 1919-cu ildə deputat olmuşdur. 1921-ci ilin yanvarı Parisdə səfir olan Çxenkeli Gürcüstan Sovet Sosialist Respublikasının elan edilməsindən sonra bir daha Gürcüstana qayıtmamışdır. 1959-cu ildə, Parisdə vəfat edib.
Ailəsi 24 iyul 1880-ci ildə Suxumidə Makrine Turkia ilə evlənmişdir. 1 iyul 1905-ci ildə oğlu Aleksi (1904–1985) doğulmuşdur. Uşka Çxenkeli və Kita Çxenkelinin böyük qardaşıdır. 2005-ci ildə nəvələri Tamara və Qivi Mixail Saakaşvilidən ölkələrinə qayıtmaq üçün icazə istəmişdilər.
Mükafatları Fransanın "Ləyaqətə görə" hərbi ordeni ilə mükafatlandırılmışdır.
İstinadlar
Kateqoriya:Menşeviklər Kateqoriya:Gürcü siyasətçilər Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri Kateqoriya:Gürcüstan Müəssislər Məclisinin üzvləri Kateqoriya:Gürcüstan jurnalistləri Kateqoriya:Gürcüstanın xarici işlər nazirləri Kateqoriya:Gürcüstan inqilabçıları Kateqoriya:Gürcüstan hüquqşünasları