İsmail ibn Cəfər əl-Mübarək (; ) — İsmaililik inancında 6-cı imam.
Həyatı 719-cu ildə İmam Cəfərin və İmam Həsənin nəvəsi Fatimənin ən böyük oğlu olaraq doğuldu. İsmail atasından əvvəl vəfat etmişdir. İmam Cəfərin ölümündən sonra şiələr üç yerə bölündülər: İmamiyyə, İsmaililər və Fəthilər.
İsmaililər məzhəbinin ardıcılları belə hesab edirlər ki, Cəfər əs-Sadiq imaməti bilavasitə məhz oğlu İsmailə göstərişlə vermişdir. Amma İsmail atasından öncə – 762-ci ildə vəfat etdiyinə görə, tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar.
İstinadlar
Kateqoriya:Şiəlik Kateqoriya:Mədinədə doğulanlar Kateqoriya:Məhəmmədin ailəsi Kateqoriya:VIII əsr ərəbləri