Ceyson Maykl Li (; ) — amerikalı aktyor, filmmeyker, fotoqraf və keçmiş peşəkar skeytbordçu. O, komediya serialı "Mənim adım Erldir"dəki ifasına görə məşhurlaşıb. Bu serialdakı performansına görə o, 2005 və 2006-cı ildə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Ceyson həmçinin "Elvin və burunduklar" film seriyasında Deyv roluna görə tanınır.

Keçmiş peşəkar skeytbordçu olan Ceyson Li 1992-ci ildə həmkarı skeytbordçu Chris "Dune" Pastras ilə birlikdə "Stereo Skateboards" şirkətini təsis etmişdir. Şirkət yarandığı ildən bəri skeyt avadanlıqları və geyimlərinin istehsalı və paylanması ilə məşğuldur. Şirkət məhsullarına əlavə olaraq skeyt videoları da çəkir.

Həyatı Ceyson Li 25 aprel 1970-ci ildə Kaliforniya ştatının Santa-Ana şəhərində anadan olub. Onun atası Qreq Li avtomobil satışı üzrə menecer, anası Kerol Li isə evdar qadın olmuşdur. Onun 1968-ci ildə doğulmuş Ceyms adlı böyük qardaşı var. Ceyson Li Hantinqton-Biçdə böyüyüb, və bu şəhərdə yerləşən məktəbə Ocean View High School-a getmişdir. Ceyson Li uşaq ikən hiperaktiv idi, anası ona skeytbord hədiyyə etdikdən sonra o, bol enerjisini sərf etmək ümidi ilə skeytbord sürməyə başladı. Ceysonun skeytborda olan sevgisi o qədər güclü idi ki, o, özünü bu idmana ürəkdən bağladı, nəticədə o, təhsildən imtina edərək peşəkar skeytbordçu kimi karyera qurmağa qərar verdi.

Filmoqrafiya Filmlər Chasing Amy (1997) Enemy of the State (1998) Dogma (1999) Almost Famous (2000) Vanilli səma (2001) The Incredibles (2004) Cersili qız (film, 2004) Monster House (2006) Elvin və burunduklar (2007) Alvin and the Chipmunks: The Squeakquel (2009) Alvin and the Chipmunks: Chipwrecked (2011) Alvin and the Chipmunks: The Road Chip (2015) We Bare Bears: The Movie (2020) Seriallar Mənim adım Erldir (2005–2009) Memphis Beat (2010–2011) Biz adi ayılarıq (Çarli, 22 epizod)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ skeytbordçuları Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları