Gülbala Ağabala oğlu Əliyev () — SSRİ-nin fəxri neftçisi, SSRİ neftçıxarma sənayesinin veteranı, Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR neft ustası (1940).

Həyatı Gülbala Əliyev 5 dekabr 1879-cu ildə Bakı şəhərinin, Bilgəh qəsəbəsində anadan olmuşdur.

Bikəxanım Əliyeva ile ailə həyatı qurmuş ve 8 övladı olmuşdur

G.Əliyev əmək fəaliyyətinə 1898-ci ildə Bibiheybət neft mədənlərində başlamışdır. O, Bibiheybət buxtasının qurudulmasının fəal iştirakçılarından biri olmuşdur. Neft mədənlərində usta və mühəndis işləmişdir. Azərbaycanda neft sənayesinin təşəkkülündə, onun texniki cəhətdən yenidən qurulmasında, mütəxəssislər hazırlanmasında G.Əliyevin böyük xidmətləri vardır. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Mükafatları İki dəfə Lenin ordeni, Qırmızı Əmək bayrağı ordeni və digər medallarla təltif olunmuş, 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Xatirəsi Bakıda büstü qoyulmuş, adına küçə verilmişdir. Haqqında "Bizim Gülbala" filmi çəkilmişdir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–172.

İstinadlar

Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin VIII çağırış üzvləri