() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Rusiya (Dağıstan), Şimali Osetiyada təbii halda yayılmışdır.
Azərbaycanda yayılması Böyük Qafqazın şərqində, Quba rayonu ərazisində rast gəlinir.
Statusu Azərbaycanın nadir bitkisidir.
Bitdiyi yer Dəniz səviyyəsindən yüksək olan yerlərdə, yəni subalp və alp qurşaqlarında daşlıqayalı yamaclarda, kolluqlarda, meşənin açıq yerlərində yayılmışdır.
Təbii ehtiyatı Azərbaycanda dar bir arealda yayılmışdır.
Botaniki xarakteristikası Təbiətdə 20-30 sm hündürlüyündə boy atan koldur. Əsasən bir gövdəsi olur. Qopartikanları kiçik olub aşağı və ya yuxarıya doğru əyiləndir. Bu qopartikanlardan əlavə xırda qopartikanları da olur. Yarpaqları 6-7 sm uzunluğunda ola bilir və xırda vəzili tüklərlə örtülüdür.Yarpaqları enli və ya ensiz ellips şəkillidir. Çiçəkləri tək-tək və ya 2-3 ədəd ola bilir. Çiçək saplağı 0,8-1 sm uzunluğunda, qopartikanlarla örtülmüşdür. Meyvələri yumru olub tüksüzdür. Meyvələri yetişən zaman tökülür. İyun və iyul aylarında çiçək açır, sentyabr oktyabr aylarında meyvəsi yetişir.
Çoxalması Təbiətdə generativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi Məlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbirləri Xüsusi mühafizə tədbiri görülməyib.
Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.
İstinadlar
Həmçinin bax