Qətl günü — Yusif Səmədoğlunun müəllifi olduğu tarixi-psixoloji roman.
Haqqında "Qətl günü" romanı Azərbaycan ədəbiyyatında şərin bədii obrazını yaratmış ən güclü əsərlərdən biridir. Roman üç süjet xəttinə malikdir, əsərdə üç ayrı-ayrı dövrün ictimai-siyasi mühiti və bu dövrlərdə insanın faciəsi magik realizm üslubunda qələmə alınıb.
Müəllif Qacar işğalıyla 37-ci il repressiyası arasında paralellər apararaq, çox maraqlı nəticələrə gəlib çıxır. Taleyin kəskin dönümlərində həyatın əbədi sualları qarşısında qalan adamların faciəsi və çətin ömür yolu "Qətl günü" romanının əsas mövzusudur. Ədəbiyyatşünaslar "Qətl günü" romanını Azərbaycan nəsrinin yeni mərhələsi hesab edir.
Xarici keçidlər Film: Qətl günü (film, 1990) Kitab: Qətl günü
Kateqoriya:Azərbaycan romanları Kateqoriya:Azərbaycan dilində romanlar Kateqoriya:1987-ci ilin romanları Kateqoriya:1987-ci ilin kitabları Kateqoriya:Yusif Səmədoğlunun romanları