Li Çayld (əsl adı Cim Qrant) - ingilis yazıçı. İlk romanı "Döşəməni öldürmək" (Killing Floor) Antoni mükafatına layiq görülmüşdür. Əsasən psixoloji romanlara üstünlük verir.

Hər romanında keçmiş ABŞ polisi olan Cek Riçerin başına gələn macəralardan bəhs edilir.

Həyatı Qrant 29 oktyabr 1954-cü ildə İngiltərənin Koventri şəhərində anadan olub. 1958-ci ildə ailəsi və üç böyük qardaşı Handsvorst Vuda daha yaxşı təhsil almaq üçün köçdülər. Qrant 11 yaşına qədər Handsvorst Vuddakı Çerri Orçard məktəbində təhsil aldı. Daha sonra Birmingem Kral Edvard məktəbinə yazıldı. Atası məmur idi və kiçik qardaşı da roman yazıçısı oldu.

1974-cü ildə Şeffild Universitetinin hüquq fakültəsinə daxil oldu. Amma daha sonra teatr ilə məşğul olmağa başladı . Hüquqdan məzun olduqdan sonra televizor kanalı prodüseri kimi işləməyə başladı.

Qrantın həyat yoldaşı Ceyn Nyu-Yorkludur və həmçinin Qrant Aston Villa klubunun fanatıdır.

Televizor kanalında karyerası İngiltərədəki ITV-nin bir hissəsi olan Mançestrdaki Qrenada kanalının aparacısı kimi işləməyə başladı. 1977-1995-ci illərdə burada işlədi.

Yazıçılıq 1997-ci ildə ilk kitabı "Döşəməni öldürmək" romanını nəşr etdirdi və 1998-ci ildə ABŞ-yə köçdü. Qrant 2009-cu ildə ABŞ Sirrli janr Yazıçılarının prezidenti seçildi.

Romanları Li Çayld Barri mükafatını alarkən|thumb

Romanın adı (ingiliscə) İl MükafatKilling Floor1997Antoni mükafatı, Barri mükafatıDie Trying1998Tripwire1999The Visitor2000Echo Burning2001Without Fail2002Persuader2003The Enemy2004Barri mükafatıOne Shot2005The Hard Way2006Bad Luck and Trouble2007Nothing To Lose2008Gone Tomorrow200961 Hours2010Worth Dying For2010The Affair2011A Wanted Man2012Beynəlxalq Kitab mükafatıNever Go Back2013

İstinadlar

Kateqoriya:İngiltərə yazıçıları Kateqoriya:İngilis yazıçılar Kateqoriya:İngiltərədə doğulanlar Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları