thumb|Kələm turşusu. Kələm turşusu — bir çox mətbəxdə geniş istifadə olunan, kələmdən hazırlanan turşu növü. Əsasən qış aylarında daha çox istifadə olunur.

Tarixi Qədim Roma yazıçıları Böyük Katon və Kolumella əsərlərində kələm turşusundan bəhs etmişdirlər. Kapitan Ceyms Kuk səyahətləri zamanı özü ilə kələm turşusu ehtiyatları götürürdü.see http://www.mariner.org/exploration/index.php?type=webpage&id=55 / What did they eat? which begins "One of Cook's most important discoveries..." and http://www.vitamindeficiency.info/?page_id=9 which additionally mentions "...citrus fruit such as lemons and lime. James Cook ...."

Yayılması Kələm turşusu Şərqi Avropa ölkələrindən Azərbaycan, Rusiya, Belarus, Estoniya, Latviya, Litva, Moroviya, Polşa, Ukrayna mətbəxlərində geniş istifadə olunur. Rusiya mətbəxində bəzən piraşkinin içərisinə kələm turşusu qoyulur. Polşada biqos yeməyinin inqredientidir.

Almaniya və Avstriyada kələm turşusu giləmeyvələrlə dadlandırılır.Mimi Sheraton. The German Cookbook: A Complete Guide to Mastering Authentic German Cooking . p. 435. Çilidə kələm turşusu hotdoq və sendviçlərdə istifadə olunur. Pensilvaniyada Yeni il ərəfində kələm turşusu yemək ənənəsi mövcuddur. İnanca görə kələm turşusu yemək gələn il üçün uğur gətirir.

Azərbaycan mətbəxində gülkələmindən də turşu hazırlanır. Bu zaman kərəviz, sarımsaq, üzüm sirkəsi kimi ərzaqlardan istifadə olunur.Gülkələmi turşusu

Hazırlanması Kələm turşusunun hazırlanması zamanı kələmdən, duzdan, yer kökündən, eləcə də, qırmızı çuğundurdan istifadə olunur.Kələm turşusu

Hazırlamaq üçün çox da böyük olmayan kələmlər seçilir, onun üst qatı, özəyi çıxarılır. 4 yerə bölünür, çəlləklərə yığılır, duzlu su tökülür. Kələmə rəng vermək üçün içinə dilim-dilim kəsilmiş qırmızı çuğundur əlavə edilir. Turşumanı sürətləndirmək üçün çəlləyə bir neçə sütül qarğıdalı qoyulur. Çəlləyin suyundan iki həftə ərzində günaşırı götürülür. Turşuma qurtarandan sonra suyun üzərinə bir neçə ovuc təmiz yuyulmuş arpa tökülür. Arpa kələmin üstünü kif bağlamaqdan qoruyur.

İstinadlar

Kateqoriya:Turşu (qida) Kateqoriya:Kələm xörəkləri Kateqoriya:Qidalar Kateqoriya:Milli xörəklər Kateqoriya:Almaniya mətbəxi Kateqoriya:Avstriya mətbəxi Kateqoriya:Çili mətbəxi Kateqoriya:Fransa mətbəxi Kateqoriya:Dadlıqlar Kateqoriya:Polşa mətbəxi Kateqoriya:Rusiya mətbəxi Kateqoriya:Serbiya mətbəxi Kateqoriya:Ukrayna mətbəxi Kateqoriya:Qaraçı mətbəxi